“Həmin pulu Çingiz cibinə qoyurdu“ - Kəramətdən Xalq yazıçısına İTTİHAM...
Yazıçı Kəramət Böyükçöl Xalq yazıçısı Çingiz Abdullayevin jurnalistin sualına təhqirlə cavab verməsinə münasibət bildirib. Yenisabah.az xəbər verir ki, o, Ç.Abdullayevin bu hərəkətinə görə tənqid atəşinə tutub: “Jurnalist Çingiz Abdullayevə sual verir ki, qurultaya 203 min xərclənib. Pul nəyə gedib? Çingiz isə jurnalistə deyir ki, mən Xalq yazıçısıyam, utanmırsan mənə belə sual verirsən? 35 ildir AYB sədri olan bir adamı qoluna girib sürüyə-sürüyə qurultaya gətirir, təzədən sədr təyin edirlər, Çingiz buna görə utanmır? Özünə “Xalq yazıçısı” deyən adam AYB-yə məxsus binanın alt mərtəbəsini ayda 8 min manata kirayə verir, "26-lar" adı altında bar kimi istifadə olunur, həmin pulu da şəxsən Çingiz öz cibinə qoyurdu. Mediada müqavilənin sənədləri də yayılmışdı, Çingiz buna görə utanmır? Utanması, xəcalət çəkməsi üçün Çingizə azı yüz fakt sayaram. Ən əsası, özünə “Xalq yazıçısı” deyən bir adam Azərbaycan dilində danışa bilmir, Çingiz buna görə də utanmır?”