Tanınmış vəkil Bəhruz Bayramov DİN rəhbəri Vilayət Eyvazova MÜRACİƏT edib....

  Vəkilin bu müraciətinə səbəb onun yaşadığı ərazidəki binaların birinin altında çay evləri adı ilə fəaliyyət göstərən əxlaqsızlıq yuvalarıdır:

HTML tutorial

“Nəsimi rayonu,  (Memar Əcəmi metrosu) Cavadxan küçəsində fəaliyyət göstərən əxlaqsızlıq obyektləri ilə bağlı öz Facebook hesabımda məlumat paylaşıb,bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının qanuni tədbir görməsini dəfələrlə xahiş etmişəm. Amma bu müraciətlərimə baxmayaraq, mənə heç bir köməklik göstərilmir.Deyilənlərə görə, bu obyektlər hansısa generala məxsusdur. Buna görə bu əxlaqsızlıq yuvasının qarşısını almağa heç kimin gücü çatmır.Burada yaşayan sakinlər deyirlər ki, prezidentə müraciət etsək də nəticə yoxdur. Nəzərinizə çatdırım ki, qeyd olunan ünvanda rəsmi insan alveri gedir”. 

Onu da qeyd edək  ki, vəkil Bəhruz Bayramov adıçəkilən ünvanda fəaliyyət göstərən obyektlərin şəkillərini çəkən zaman obyekt sahibləri tərəfindən hədələnib. /Gununsesi.info

  
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 






Fikirlər