Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində onun Azərbaycan Respublikasının tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrində, o cümlədən səhiyyə sahəsinin inkişafı, onun yenidən qurulmasındakı xidmətlərini bir daha qeyd etmək hər birimizin borcudur.
Ulu Öndər üçün ən vacib sahələrdən biri insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub.
Dahi şəxsiyyət, böyük insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar kimi qalan milli iftixarımız Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşmış, bu sahənin cəmiyyət həyatında həlledici rol oynadığını dəfələrlə vurğulamışdır.
Ümumilli Lider belə demişdi: “Səhiyyə bizim üçün hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir”.
Heydər Əliyev Səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başlayıb. Böyük öndər ölkəmizdə sağlamlıq zonaları, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə daim ciddi əhəmiyyət verirdi. Uzaqgörən dövlət xadimi olan Heydər Əliyev ölkəmizə birinci rəhbərliyi dövründə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Ulu öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş sovetlər ittifaqının ən mötəbər, ali məktəblərində müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərilmişdi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. İndi Azərbaycanın Milli Tibbi Kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş ölkərinin məhşur səhiyyə müəssələrində uğurla fəaliyyət göstərirlər. Artıq bu gün Azərbaycanın Səhiyyəsi surətlə inkişaf dövrünü yaşayır.
Dahi şəxsiyyətimiz Heydər Əliyevin Səhiyyənin inkişafı ilə bağlı siyasətini bu günkü gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Prezidentinin Səhiyyə sahəsində siyasətini daim dəstəkləyən səhiyyə işçiləri onun müvəffəqiyyətlə həyata keçirilməsi üçün əzmlə çalışır və Ümumilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla addımlayırlar.
Zaman hər şeyi yerbəyer edir, onun imtahanından alnı açıq çıxan isə yalnız əsl dühalardır. Əziz Həkimlərimiz, əziz Səhiyyə işçilərimiz sizlər Azərbaycan xalqının, Azərbaycan Səhiyyəsinin əsl Dühalarısınız!
Nailə Əliyeva-Tibb elmləri namizədi,
1 nömrəli Bakı Tibb kollecinin
direktoru.