SDU-nun iki tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında 24 iyun 2023-cü il tarixli Sərəncamına əsasən təhsildə yüksək nailiyyətləri ilə fərqlənən tələbələrə təqaüdün təyin edilməsi məqsədilə universitetlərdə müsabiqə komissiyaları yaradılıb. Müsabiqə komissiyaları tərəfindən Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi meyarlar nəzərə alınmaqla ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan tələbələr arasından seçim aparılıb.
Sumqayıt Dövlət Universitetinin təhsildə yüksək nailiyyətləri olan 2 tələbəsi: Tarix və coğrafiya fakültəsinin “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alan tələbəsi Nübar OsmanovaRiyaziyyat fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alan tələbəsi Ləman Əhədova “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov təqaüdə layiq görülmüş tələbələri rektor Rüfət Əzizovun adından təbrik edərək onlara təhsil fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3 min manat məbləğində birdəfəlik ödənilir. 
AzerTaym.az






Fikirlər