Şeyxə məxsus olduğu iddia edilən “Malibo Residence” MTK vətəndaşın 8 ildir mənzilin vermir

Qeyd edək ki, “Malibo Residence” MMC MTK olaraq fəaliyyəti zamanı Salatın Əsgərova küçəsində yerləşən sakinlərin köçürülməsi ilə bağlı hər bir şəxslə ayrı ayrılıqda müqavilə imzalayıb.

Yəni köçürdüyü hər bir sakinə verəcəyi kv. Metr ərazisi tam bəli olduqdan sonra ərazidə tikinti həyata keçirilib. Hazırda vətəndaşlara məxsus evlərin yerində göydələnlərin tikintisi başa çatıb və yaşayış təmin edilib.

Lakin Bakunews.az-a ərizə ilə müraciət edən sakinlərdən Abdullayeva Xoşqədəm Oruc qızı Salatın Əsgərova küçəsindəki mənzilini “Malibo Residence” MMC-dən ala bilmədiyin bildirir. Dəfələrlə müqaviləsində göstərilən kv.m sahənin ona verilməsi istəsədə MTK rəhbərliyi məsələni enişə yoxuşa sürərək o ölçüdə evinin olmadığını bildirərək 8 ildir ki vətəndaşın kirədə yaşamasına səbəb yaratmaqdadır. Hazırda binada sakinlərin yerləşdirilməsi istismara tam yararlı olmasından xəbər versədə X.Abdullayevanın nədənsə mənzili verilmir. Aparılan kiçik araşdırmalarımızdan bəli olur ki, şirkət bu günün məzənəsinin 8 il əvvələ eyni olmadığını nəzərə alaraq vətəndaşa mənzil əvəzinə 135 min manat verməklə onun hüquqlarını pozmağa cəhd edir. Sosial platformamızdada xanımın kiçik bir şikayəti yerləşdirilmişdi. Xanım iddia edir ki, şirkət ona məxsus mənzili verməkdən boyun qaçırır hara şikayət edirsə yalan dolu məlumatlar verməklə şikayətlərin araşdırılmasının qarşısını alır. Abdullayevlər ailəsinin 4 üzvü var. Ailə mənzilərinə pul deyil əvəzində müqavilədə göstərilən mənzilin verilməsini tələb edir. Lakin yuxarda qeyd etdiyimiz kimi “Malibo Residence” MMC vətəndaşın tələbinə məhəl qoymur.

Redaksiyamızın kiçik araşdırması zamanı “Malibo Residence” MMC şirkətinin Qafqaz müsəlmanlar İdarəsinin dini rəhbəri Allah Şükür Paşazadəyə məxsus olması ilə bağlı məlumatlara rast gəldik. Qeyd edək ki, rəsmi qurumlarda hər hansı sənədlərində Şeyxin adı yoxdur. Lakin şikayətçi öz ərizəsindədə qeyd edir ki, Şeyxə arxalanan bu MTK onun hüquqlarını kobud şəkildə pozmağa davam edir.

Sosial şəbəkələrdə “Malibo Residence” MMC mənzil reklamları isə bu cür edilir.

“Rahat həyat arzunuzu “Malibo Residence” mənzillərində reallaşdırmaq çox asandır. Binanızın girişində sizi qarşılayan gülərüz əməkdaşlar, ailənizlə gəzişə biləcəyiniz gözoxşayan yaşıl sahə və günün yorğunluğunu çıxara biləcəyiniz SPA mərkəzi – premium həyata keçid edin!
Salatın Əsgərova küçəsi, bina 98”

Lakin Abdullayeva Xoşqədəm Oruc qızı 8 ildir kirədə mənzilinin veriləcəyin gözləyir. Reklama əlavə edilən nömrə ilə əlaqə saxlamağa cəhd etdik qarşı tərəfin məsələyə aydınlıq gətirəcəyin düşünərək. Amma nömrə ümummiyyətlə təyin edilmədiyi cavabı ilə qarşılaşdıq.(Bakunews.az)

Şikayətdə yer alan ittihamlarla bağlı qarşı tərəfi dinləməyə hazırıq.






Fikirlər