"ADSEA-nın rəisləri quldurdular, cinayət işi açmaq lazımdır" - Ceyhun Musaoğlu (VİDEO)

Aramsız yağan yağışlar nəticəsində Abşeron rayonunun Xırdalan şəhəri, Məhsəti küçəsində fərdi yaşayış evlərini su basıb. Ərazidə yaşayan sakinlərin Den.az-a verdiyi məlumata görə, evlərin zirzəmisi yarım metrə qədər su ilə dolub.

Manset.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu açıqlamasında yaranmış vəziyyətlə bağlı təmsil etdiyi qurumun rəis və müavinlərini, həmçinin əməkdaşlarını quldur adlandırıb:
“Get yaz ki, əməkdaşlar özləri üçün idarədə oturublar.Sən belə deyirsən, mən də belə deyirəm. Əgər ilin, günün bu vaxtında ərazidə su yığılıbsa rəis və müavinləri, işçilər gedib onu təmizləmirlərsə quldurdular. Lap əla, tapın efirə verin. Deyin onlar quldurdurlar, biz də onlar işdən çıxaraq, cinayət işi qaldıraq”.(Manset.az)

Video burda: My Webpagev






Fikirlər