İKİ RƏİS İŞDƏN ÇIXARILDI - Çovdarovun pomidorlarına görə
Xatırladaq ki, həmin yazıda Akif Çovdarovun Bakının Masazır qəsəbəsində yerləşən nəhəng istixana kompleksinə pomidor yeşikləri hazırlamaq üçün taxtaların Göyçay rayonunda fəaliyyət göstərən sexdən göndərildiyi göstərilmişdi.
Həmin sexin sahibi Şamil Abdullayevin oğlu Vasif Abdullayev MTN-in Zaqatala rayon şöbəsinin əməkdaşı idi. Məlum olub ki, yazının dərcindən sonra həmin əməkdaş da işdən çıxarılıb.
Habelə yazıda deyilirdi ki, Zaqatala Meşə Təsərrüfatı İdarəsinin direktoru MTN-in rayon şöbəsinin qohumudur. MTN-in rayon şöbəsinin rəisi isə Akif Çovdarovun adamıdır, həmin vəzifəyə təyinatı onun köməyi ilə baş tutub.
Göyçaydakı taxta sexinin sahibi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin direktoru Şakir İsmayılovla yaxın münasibətlərə malikdir. Bu əlaqələr zəncirinin nəticəsi olaraq Zaqatala meşələrindən qanunsuz qırılan qiymətli ağaclar taxta olaraq Çovdarovun sexini təchiz edir.