"Bəzi mollaların BOŞ-BOŞ danışdığı sözlərə qulaq asmaq olmaz" - Cavid Qurbanov
"Bəzi mollaların boş-boş danışdığı sözlərə qulaq asmaq olmaz. Çünki onların səsləndirdiyi fikirlər xürafatdan başqa bir şey deyil". Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri cavid Qurbanov "Dini ekstremizm-ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi" mövzusunda keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, Azərbaycan xalqı İslam dininə inanır: "Çünki dövlətimiz tolerantdır. Kimisə nəyəsə məcbur etmirik. Hər kəs ayıq-sayıq və dövlətin yanında olmaldır. Bu gün ölkəni parçalamaq istəyən çoxdur". C.Qurbanov qeyd edib ki, dəmiryolçular dini məsələdə ayıq-sayıqdırlar: "İslam bir elmdir və buna elmi yanaşmaq lazımdır, İslamı xurafata çevirmək olmaz". Report