Tanınmış vəkil MTK-ların cinayətlərini ifşa edəcək! - VİDEO
Xəbər verdiyimiz kimi, tanınmış vəkil Adəm Məmmədov “Lider” telekanalında yeni layihə həyata keçirəcək. Onun təqdimatında “Lider” telekanalında “Hüquq və Ədalət” adlı televiziya verilişi başlayacaq. “AzPolitika.info”nun məlumatına görə, bazar günü axşam saat 22:00-da efirə çıxacaq verlişin ilk buraxılışında bəzi Mənzil Tikinti Kooperativlərinin rəhbərlərinin qanunsuz hərəkətləri müzakirə olunacaq. Bununla bağlı verlişdə konkret faktlara toxunulacaq və tanınmış ekspertlərlə müzakirələr aparılacaq.
Eyni zamanda verlişdə ölkədə baş verən cinayət hadisələri haqda məlumat veriləcək. Verlişin anonsunu təqdim edirik.