“ŞƏRQ BAZARI” bağlanır - Tarix AÇIQLANDI...
"Şərq bazarı" təmirə bağlanacaq. Bu barədə “Qafqazinfo”ya məlumatı bazar rəhbərliyi və satıcılar verib. Satıcıların sözlərinə görə, onlara aprel ayının 1-nə kimi mağazaları boşaltmaq tapşırılıb: “Bizə sadəcə dedilər ki, təmir işi aparılacaq, mart ayının 31-i son gündür. Daha bilmirik, təmir nə müddətə aparılacaq. Həmin vaxtda müxtəlif bazarda işimizi davam etdirəcəyik”. Bazar rəhbərliyi də yaxın zamanda təmir işinə başlanılacağını təsdiqləyib: “Hazırda bazarda hər hansı bir təmir işi getmir. Aprel ayından etibarən işlərin başlanması nəzərdə tutulub. Təmir bitdikdən sonra satıcıların qayıdıb qayıtmaması onlardan asılıdır. Bəlkə daha yaxşı yer tapacaqlar”.