Saxta RƏSM əsərləri orginal adı altında tanınmış azərbaycanlılara NECƏ SATILIB?

Saxta rəsm əsərləri orginal adı altında tanınmış azərbaycanlılara necə satılıb?

Bir neçə gün əvvəl sosial şəbəkədə iş adamı Mübariz Mənsimov, keçmiş mədəniyyət naziri, hazırda Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və mərhum energetika nazirimiz Natiq Əliyevin birgə fotosunu gördüm.

Həmin anda yadıma təxminən 5 il bundan əvvəl tanışım rəssam Şamil Həsənovun mənə verdiyi məlumat düşdü.
Rəssam mənə deyirdi ki, məşhur azərbaycanlı rəssamlardan biri tanınmış iş adamlarına, biznesmenlərə dünya şöhrətli rəsm əsərlərinin “kopiya”sını “orginal” adı ilə çox yüksək məbləğə satır.
Şamil Həsənovun dediyinə görə, tanınmış iş adamı, biznesmen Fərhad Əhmədov rəssam dostlarından birinin toruna düşüb.
Saxta rəsm əsərləri orginal adı altında tanınmış azərbaycanlılara necə satılıb?
Belə ki, iş adamının rəssam dostu məşhur rəssam Mark Şaqalın rəsm əsərlərindən birini saxtalaşdıraraq Fərhad Əhmədova 300 min ABŞ dollarına satıb.
Şamil Həsənov bu cür işlərlə məşğul olan bir çox rəssamları tanıdığını deyib.
Sonradan mən özüm də eşitdim ki, bu cür işlərlə məşğul olan rəssamların əksəriyyəti MTN-ə çağrılaraq Fərhad Əhmədovla bağlı izahatları alınıb.
Şamil Həsənov onu da bildirirdi ki, belə saxta rəsm əsərləri təkcə Fərhad Əhmədova deyil, Mübariz Mənsimovun özünə də satılıb.
Saxta rəsm əsərləri orginal adı altında tanınmış azərbaycanlılara necə satılıb?
Əldə etdiyimiz məlumata görə bu cür saxta kolleksiyaların həvəskarlarından biri də tanınmış iş adamı Nizami Piriyev olub.
Görünür Nizami Piriyev Beynəlxalq Bankdan götürdüyü kreditlərin əksəriyyətini bu cür saxta əsərlərin əldə olunmasına xərcləyib və düşünüb ki, bu əsərlər saxta deyil və onlar aldığı qiymətdən çox bahadırlar.
Ancaq Beynəlxalq Bankın işi ilə bağlı o Bandotdelə çağırılıb orda istirahət edəndə başa düşüb ki, bu əsərlər saxtadır və ona öz dələduz rəssam dostları tərəfindən “soxuşdurulub”.
/qafqazxeber.az






Fikirlər