14.05.2014. - Alfa Romeo-dan 8 yenilik - FOTO
"AzerTaym.az." auto.az-a istinadən bildirir ki, bu vəsaitlər İtaliya istehsalçısının model sırasının genşləndirilməsi üçün istifadə edilib. Məsələn, səkkiz yeni modelin buraxılması gözlənilir. Bunlardan hər biri İtaliyada istehsal olunacaq və arxa və qabaq ötürücü ilə yeni Giorgio platformasına əsaslanacaq. Şassini təkcə İtaliya şirkəti deyil həm də “Chrysler” və “Dodge”-un kompakt avtomobillər və krossoverləri üçün istifadə edə bilərlər.
Model sırasının genişlənməsi sayəsində “Alfa Romeo” illik satış həcmini 400 000 avtomobilədək artırmağa ümid edir. Bu ciddi sıçrayışdı, çünki 2013-cü ildə İtaliya istehsalçısının nəticəsi 74 000 avtomobil olmuşdu. Təəssüf ki, Markionne yeni modellərin təfərrüatlarını açıqlamadı. Yalnız məlumdur ki, onlardan biri 2015-ci ilin sonuna, qalanları isə 2016-dan 2018-ci ilədək hazır olacaq.