Bakıda klassik avtomobillərin paradı başladı - FOTOLAR

Bakıda klassik avtomobillərin paradı başladı -

Azərbaycan Avtomobil Federasiyası (AAF) Dövlət Bayrağı Günü münasibəti ilə bu gün Bakıda klassik avtomobillərin paradını keçirir.

Publika.az xəbər verir ki, paradda 1980-ci ilədək istehsal olunan klassik avtomobillər iştirak edir. Klassik avtomobillər saat 11:00-da Heydər Əliyev Mərkəzinin qarşısından yürüşə başlayıb. Avtomobillər Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayraq Meydanında başa vuracaq.

Tədbirə Prezident İlham Əliyevin qızı Arzu Əliyeva, müğənni Nigar Camal, tanınmış teleaparıcı Hacı Nuran da qatılıb.

Dövlət Bayrağı Meydanında, həmçinin yürüşdə iştirak edən klassik avtomobillərin sərgisi olacaq. Azərbaycan Avtomobil Federasiyası və Dövlət Bayrağı Meydanı hər bir kəsi saat 12:00-dan 16:00-dək klassik avtomobillərin sərgisinə dəvət edir.

Sərgiyə giriş sərbəstdir.

     






Fikirlər