Plastik qab-qacaq QADAGAN edildi
Moderator.az xəbər verir ki, Fransada içərisində qida saxlanan plastik qabların istifadəsi qadağan edilib.
Yeni qanunla bioloji materiallardan hazırlanmayan birdəfəlik istifadə üçün nəzərdə tutlmuş mətbəx əşyalarının istifadəsi də qadağan edilib.
Yaşıllar Partiyasının məclisə gətirdiyi bu qanun 2020-ci ildə qüvvəyə minəcək.
Qeyd edək ki, Fransada bu ilin əvvəllərində supermarketlərdə plastik paket satışı da qadağan edilmişdi. Fransada hər il 4.73 milyard plastik stəkan zibilə atılır. Bunların yalnız yüzdə 1 faizi yenidən istifadəyə qayıdır.