Pomidorun qiymətində şok artım - SƏBƏBİ İSƏ...

Pomidorun qiymətində şok artım - Səbəbi isə...

Bakının mağaza və marketlər şəbəkəsində satılan pomidorun qiymətində artım müşahidə olunub.

Marketlər şəbəkəsində pomidorun qiyməti 1.60-1.80 manat arasındadır. Satıcılar bunun səbəbini topdansatış qiymətinin qalxması ilə izah edib. Onlar bildirib ki, topdansatış mərkəzlərində pomidorun 1 kloqramının qiyməti hazırda 1.50 manat təşkil edir.
Bundan əvvəl isə pomidorun qiyməti 70-80 qəpik arasında olub.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov AzNews.az-a açıqlamasında pomidorun qiymətinin birdən-birə qalxmasının səbəbini iki mühüm faktla əlaqələndirib. Onun sözlərinə görə, istixanalarda yetişdirilən pomidor mövsümü artıq başa çatıb:
“İstixanalarda yetişdirilən pomidorların vaxtı bitib. Heç kəsə sirr deyil ki, pomidorların əksəriyyəti istixanalarda yetişir. Qarşıdan açıq havada yetişən pomidorların mövsümü gələcək. O zaman pomidorların qiyməti aşağı enəcək”.
Hüseynov pomidorun qiymətinin qalxmasının ikinci səbəbini onun xaricə çıxarılması ilə izah edib:
“Rusiyaya Azərbaycandan daha çox pomidor aparılır. Tələb təklifi üstələyib”.






Fikirlər