İNSANLARIN SUSUZ qaldığı vaxt "ARAZ" MARKET görün NƏ ETDİ
"Araz" Supermarketlər şəbəkəsinin su satışı şöbələrində qiymətlər götürülüb. Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkədə istifadəçilər məlumat paylaşıb. Alıcılar iddia edir ki, bu dəyişiklik son günlər anomal hava şəraitinin müşahidə edilməsindən sonra ortaya çıxıb. Bununla da market süni olaraq qiyməti artırır. Üstəlik, son günlər ölkədə elektik enerjisinin verilişində yaranan problemlə əlaqələr həm də əhalinin su ilə təminatında da problemlər müşahidə edilir. "Araz" Supermarketlər Şəbəkəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev açıqlamasında içməli suların qiymətlərində heç bir dəyişiklik olmadığını deyib: “Araz” Supermarketlər şəbəkəsində satılan içməli suların qiymətlərində heç bir dəyişiklik olmamasına təminat veririk. Əgər hər hansı bir müştərimizin bu məsələdə narahatlığı varsa, bizə aldığı suyun qəbzi ilə müraciət etsin və biz həftəlik mağaza satış qiymətlərini onlara təqdim edə bilərik. Ölkə ərazisində elektrik enerjisinin fasilələrlə verilməsi nəticəsində bəzi rayonların su ilə təminatda da problemlər yaşanıb. Su təminatı ilə yaşanan problemlər nəticəsində əhali su istehlakını mağazadan aldığı sularla təmin etməyə çalışıb. Bu zaman su satışı günlük normadan dəfələrlə çox olub. Buna görə də biz müştərilərimizin növbədə dayanmaması və rahat su alması üçün məhsulları vitrinlərə qutulardan birbaşa yerləşdirmək məcburiyyətində qaldıq. Bu zaman hər məhsulu öz qiymətinə uyğun düzə bilmədiyimizə görə bəzi marketlərimizdə vitrindəki su qiymətlərini götürdük. Qeyd edək ki, biz müştəri axınını tənzimləmək və bütün müştərilərin rahat alış-veriş etməsini təmin etməyə çalışmışıq. İnsanların narahatlığlnı nəzərə alaraq marketlərin iş saatlarında dəyişiklik olub və bəzi marketlərimiz gecə saatlarına kimi fəaliyyət göstərib”.