Araz Supermarketlər Şəbəkəsində süni yumurta satışı iddiaları əsassız çıxdı

“Araz Supermarketlər Şəbəkəsində süni yumurta satışı iddiaları əsassız çıxdı

Araz Supermarketlər Şəbəkəsi müştəri məmnuniyyətinə önəm verərək daim satışda olan məhsulların keyfiyyətli olmasına diqqət edir, istehsalçılardan aldığı məshsulların dövlət standartlarına uyğunluğunu təsdiq edən sertifikatlar tələb edir.

Bununla bərabər müştərilərdən məhsulun keyfiyyəti ilə bağlı şikayət daxil olarsa bu məsələlər aidiyyatı şöbələr tərəfindən dərhal araşdırılaraq lazımi addımlar atılır.

Araz Supermarketlər Şəbəkəsindən "Qafqazinfo"ya verilən məlumata görə, satılan kənd təsərrüfatı məhsullarının əksəriyyəti yerli istehsalçılardan tədarük olunur və bu məhsulların daima təzə, ekoloji cəhətdən təmiz olmasına diqqət edilir.

Sosial şəbəkələrdə yayılan görüntülər əsassızdır

Son günlər sosial mediada və mətbuatda yayılan süni yumurta görüntüləri və bununla bağlı dövlət orqanlarından gələn rəsmi açıqlamalar yerli bazarda bu cür məhsulların olmadığını bir daha sübut etdi. Lakin feysbuk sosial şəbəkəsində Təranə Musayeva adlı istifadəçi şəxsi profilində Araz Supermarketlər Şəbəkəsindən aldığı yumurtanın süni olduğunu iddia edərək video və foto görüntü yayıb. Bəzi media orqanlarında ATV kanalının əməkdaşı kimi təqdim olunan Təranə Musayeva haqında ATV-dən verilən rəsmi açıqlamada onlarda belə bir əməkdaşın çalışmadığı bildirilib.

Yayılan şikayətlə bağlı Araz Supermarketlər Şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsi dərhal operativ reydlər və araşdırma aparıb, supermarketlərdən götürülən nümunələr yoxlanılıb. Lakin qeyd olunan şikayət öz təsdiqini tapmayıb. Bununla bağlı müştəri ilə əlaqə saxlanılaraq aidiyyatı qurumlara təqdim olunması üçün nümunə istənilib, lakin müştəri nümunə verməyəcəyini bildirib. Eyni zamanda müştəri yumurtanı 10 gün əvvəl aldığını və hələ də qablaşdırmada olduğu kimi qaldığını söyləyıb. Video görüntüdən də göründüyü kimi süni olduğu iddia olunan yumurtada normal yumurtadakı kimi rüşeyim vardı. Bu da bir daha iddianın əsassız olmasını sübut edir.

Araz Supermarketlər Şəbəkəsində satılan bütün məhslların keyfiyyətinə nəzarət olunur.

Qeyd edək ki, Araz Supermarketlər Şəbəkəsində istehlakçılara təqdim olunan bütün kənd təsərrüfatı məhsulları dövlət orqanlarının müvafiq labaratoriyalarında yoxlandıqdan sonra alıcılara təqdim olunur. Bundan başqa istehsalçılardan tədarük edilən hər bir məhsulun uyğunluq sertifikatı və ya aidiyyatı dövlət orqanlarının icazə sənədi tələb olunur. Araz Supermarketlər Şəbəkəsində satılan bütün yumurtalar yerli istehsaldır və bu yumurtalar əsasən Giləzi Quşçuluq MMC-dən, qismən də Hacıqabul Quşçuluq MMC-dən alınır. Alınan bütün məhsulların Milli Sertifikatlaşdırma Mərkəzinin uyğunluq sertifikatı və Respublika Gigyena və epidemiologiya mərkəzindən alınmış gigyenik sertifikatı var.

Yumurtaların saxlanılması ilə bağlı tövsiyyə

Araz Supermarketlər Şəbəkəsinin keyfiyyətə nəzarət şöbəsindən verilən məlumata görə, marketdə satılan yumurtalar hər gün müəyyən qədər paketlənərək vitrinlərə yığılır. Bu prosesə supermarketin kənd təsərrüfatı şöbəsi nəzarət edir. Müştərilər aldıqları yumurta paketlərini soyuducuda streçlənmiş şəkildə deyil açıq şəkildə saxlamalıdırlar. Çünki streçlə paketlənmiş yumurta iki gün ərzində keyfiyyətini itirə bilər. Bu zaman həmin yumurtalarda bərkimə prosesi gedir. Buna görə də müştərilərimizə tövsiyyə edirik ki, bu kimi halların yaşanmaması üçün məhsulların saxlanma qaydasına  diqqət etsinlər.

Araz Supermarketlər Şəbəkəsinin bütün müştərilərindən xahiş edirik ki, bu və ya digər hallarla rastlaşdıqda qaynar xəttimizə - 012  924 zəng edərək məlumat versinlər. Araz Supermarketlər Şəbəkəsi sosial şəbəkə olan Facebookda da hər zaman vətəndaşların xidmətindədir, onları maraqlandıran bütün sualları cavablandırmağa hazırdır.  






Fikirlər