Putindən Türkiyəyə UNİKAL təklif
Rusiya Prezidenti Vladimir Putin Türkiyə ilə ticarətdə rubl və türk lirəsindən istifadə edilməsini təklif edib.
Axar.az xəbər verir ki, iki ölkə arasında əlaqələrin inkişafı və ticarət dövriyəsini artırmaq məqsədi ilə rəsmi Ankaranın bu təkliflə razılaşacağı gözlənilir.
Sonuncu dəfə Rusiya və Çin iqtisadiyyatın dollardan asılılığını azaltmaq və ticarətdə milli valyutadan istifadə etmək üçün bu barədə razılığa gəlib.
Xatırladaq ki, 2015-ci ilin noyabrında Putin MDB ölkələri ilə ticarətdə dollar və avronu dövriyyədən kənarlaşdıracaq bir qanun layihəsi hazırladığını açıqlamışdı.