Ərdoğanla mağaza sahibləri arasında maraqlı görüş - Video
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binali Yıldırım avtomobil çarxı satan sahibkarların mağazalarına gedərək ümumi vəziyyətlə maraqlanıblar.
Musavat.com-un məlumatına görə, mağaza sahibləri və satıcılarla səmimi söhbət edən ölkə prezidentinin bu addımı vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib.
Prezident və baş nazirin mağaza sahibləri və satılılarla maraqlı söhbəti sosial şəbəkələrdə də geniş müzakirə olunub və maraqla qarşılanıb.
Qeyd edək ki Türkiyə prezidenti tez-tez şəhid ailələrinə baş çəkir və sadə vətəndaşların gündəlik həyatı ilə maraqlanır.