Rusiyaya daha bir şok — Diplomatları ABŞ-da ölmüş halda tapıldı + VİDEO

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin vəfat edib.

“Ölkə.Az”xəbər verir ki, Rusiya Xaziri İşlər Nazirliyinin yaydığı məlumata görə, Vitaliy Çurkin fevralın 20-də vəzifəsini icra etdiyi Nyu-Yorkda dünyasını dəyişib.

Qeyd edilir ki, Vitaliy Çurkin 65 yaşına bir gün qalmış ölüb. Diplomat vəzifə başında vəfat edib.

“Associated Press”in rusiyalı nümayəndələrə istinadən yaydığı məlumata görə, işdə olarkən Vitaliy Çurkin halı pisləşib. Onu dərhal xəstəxanaya aparıblar. Diplomat xəstəxanada ölüb.

“New York Post” qəzetinin yaydığı məlumata görə, Vitaliy Çurkin ürək çatışmazlığından ölüb. Rəsmi Moskva da diplomatın ölümünü təsdiqləyib. Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova Facebook səhifəsində Vitaliy Çurkin ölümü barədə yazıb.

"Bu gün Nyu-Yorkda Vitaliy Çurkin dünyasını dəyişib. Sabah o, 65 yaşın ıqeyd edəcəkdi. Böyük diplomat idi. Parlaq bir insan idi. Sevdiyimiz bir insanı da itirdik”, - deyə XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, uzun müddət ABŞ-da fəaliyyət göstərən rus diplomatı Vitaliy Çurkin Suriya, Liviya və Ukrayna məsələlərində həmişə ön planda olub.

Xatırladaq ki, Rusiya son 3 ayda 5 diplomatını vəzifə başında itirib. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən ilin dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb. 

Dekabrın 26-da Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində Rusiya Baş Konsulluğunun müvəqətti qrupunun rəhbəri Roman Skrılnikov ölüb. Onun cəsədi öz mənzilində tapılıb. Diplomat infarktdan ölüb. Bu ilin yanvar ayının 9-da isə Rusiyanın Yunanıstanın paytaxtı Afinadakı konsulu Andrey Malanin dünyasını dəyişib. Konsulun cəsədi mənzilində tapılıb. Yanvar ayının 26-da isə Rusiyanın Hindistandakı səfiri Aleksandr Kadakin vəfat edib.

 

 






Fikirlər