Ərdoğanın mitinqinə gedən avtobus qəzaya uğrayıb – ÖLƏNLƏR VAR
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Adanadakı mitinqində iştirak edəcək insanları daşıyan avtobus qəzaya düşüb. APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Adanada baş verən qəza nəticəsində 3 nəfər ölüb, 30 nəfər yaralanıb. Qəzanın baş verməsinə yolun sürüşkən olması nəticəsində sürücünün idarəetməni itirməsi səbəb olub.