Ərdoğandan idmançı üçün dünyaya çağırış - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qaraciyər çatışmazlığından əziyyət çəkən Avropa, Dünya və Olimpiya çempionu Naim Süleymanoğlu ilə bağlı bütün dünyaya səslənib. Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı Beştəpədə keçirilən tədbirdə danışıb: “Naim Süleymanoğlu ilə bağlı bütün dünyaya səslənirəm. Hazırda vəziyyəti çox pisdir. Qaraciyər nəqli ilə onun həyatını xilas etmək olar. Millətim də çağırışımı eşitsin. İnanıram ki, Naim Süleymanoğlunu Türkiyə və dünyada tanımayan yoxdur”.