2019-cu ilin “ən xoşbəxt adamı” – 40 MİLYARD dollar QAZANIB

Image result for Bernar Arno

2019-cu il dünya zənginlərinin bəziləri üçün düşərli, bəziləri üçün isə uğursuz il kimi yadda qaldı.

 "AzerTaym.az" xarici KİV-ə istinadən xəbər verir ki, “Amazon” şirkətinin sahibi Cef Bezos geridə qoyacağımız ildə 13,1 milyard dollar itirib. Bu maliyyə itkisi onun həyat yoldaşı Makkenzi Bezosla boşanmasına görə ödədiyi böyük kompensasiya məbləği ilə bağlıdır. Buna görə o 2019-cu ilin ən zəngin iş adamı ünvanını Bill Geytsə təhvil verib.

 Amma fransalı iş adamı, LVMH konqlomeratının sahibi Bernar Arno 2019-cu ili biznes karyerasının ən uğurlu ili hesab edə bilər. Belə ki, onun “Louis Vuitton”, “Bulgari”, “Dior” və “Fendi” brendlərinin dəyəri 54% bahalaşıb.

Bunun sayəsində, Bernar Arnonu sərvəti 40 milyard dollar artaraq dekaиrın sonu üçün 107,7 milyard dollara çatıb. O hazırda dünyanın ən zəngin 3-cü adamıdır.   






Fikirlər