Çində virusun İKİNCİ DALĞASI başladı - Bu dəfə SOMON balığından

Çində virusun ikinci dalğası başladı - Bu dəfə somon balığından

Çin epidemiya məsələsində yenidən başa dönür?
Karonavirus epidemiyasının baş verdiyi Çindən yeni xəbər var. Uhandan yayılıb dünyanın başına bəla açan karonavirus pandemiyasının ikinci dalğasının olacağını proqnozlaşdıran tədqiqatçılar çox narahatdırlar. Deyilənlərə inansaq, ikinci dalğa birincidən daha acınacaqlı olacaq. İkinci dalğanın haradan başlayacağı haqqında əvvəllər heç kim proqnoz vermirdi. Ancaq son günlər pandemiyanin ikinci dalğasının yaxın günlərdə başlayacağı proqnozunu əsas götürənlər, ikinci dalğanın da Çindən başlayacağı haqqında danışmağa başlayıblar.
Bu arada Cinin paytaxtı Pekindən yeni xəbər gəldi...
İki aydır virusa yoluxmaların yox səviyyəsinə endiyi ölkədə son günlər yoluxma halları yenidən artmağa başlayıb. Ölkə daxilində epidemiyanın ikinci dalğasının gələcəyi haqqında panika davam edərkən, yeni yoluxmaların bazardan qaynaqlandığı məlum olub. İddialara görə, budəfəki yoluxmaların mənbəyi heyvan bazarında somon balığı satan bir şəxs olub. Onun piştaxtasında karonavirus aşkar edilib.
 
2 aydan sonra ilk yoluxmalar
İki aydan sonra Çinin paytaxtı Pekində"Covid-19"a yoluxma halları başlayıb. Son iki gündə heyvan bazarında olan, təxminən 50 nəfərdə xəstəlik aşkarlanıb.
"Covid-19" epidemiyasının iki aydır müşahidə edilmədiyi Pekində, son iki gündə 50 yoluxma halının aşkar edilməsindən sonra ölkədə yenidən həyəcan təbili çalınıb. Şəhər rəhbərliyi Pekinin kənd təsərrüfatı məhsulları tədarükünün əhəmiyyətli hissəsini təmin edən Xinfadi bazarının bağlandığını açıqlayıb. Tərəvəz, meyvə və ət məhsullarının topdansatış məntəqələrinin dezinfeksiya ediləcəyi bildirilib.
Heyvan bazarı…
Bu dəfə də bütün nəzərlər heyvan bazarına yönəldi. 56 günlük fasilədən sonra cümə axşamı yoluxma faktının qeydə alınması və cümə günü iki nəfərdə karonavirusun təsbit edilməsi, xəstəliyə tutulmanın Xinfadi bazarından qaynaqlandığını ortaya çıxarıb. Xəstələrlə yaxın təmasda olan insanlar təcili karantinə alınıb. Bazarda çalışan 517 nəfərdən 46-da testlərin nəticələrinin pozitiv olduğu açıqlanıb. Bazarda işləyən, təxminən, 10 min insanın test ediləcəyi bildirilib.
Xinfadi bazarı paytaxtın tərəvəz və meyvə tədarükünün 90 faizini qarşılayır. Şəhər rəhbərliyi yeni yoluxma halları aşkar edildikdən sonra meyvə-tərəvəz məhsulları, dondurulmuş ət və dəniz məhsulları, ərzaq məhsullarının supermarket və restoranlara satışına nəzarətin daha da gücləndiriləcəyini açıqlayıb.
Bazar ertəsi universitetlərdə dərslərə başlayacağı gözlənilən 1, 2 və 3-cü kurs tələbələrinin dərslərə başlama tarixi yenidən təxirə salınaraq ertələnib. Xinfadi bazarının ətrafındakı məktəb və uşaq bağçaları da bağlanıb.
Yeni virusun mənbəyi SOMON BALIĞI?
Digər tərəfdən, Xinfadi bazarında aparılan yoxlamaların nəticəsində bəlli oldu ki, bu dəfə virus balıq satılan mağazadan yayılıb. Virusun mənbəyi kimi somon balığı kəsilən piştaxta göstərilib. Satıcı somon balığını şəhərdəki başqa bir marketdən aldığını bildirib. Somon balığında virusun tapılması əhalinin qida təhlükəsizliyi ilə bağlı narahatlıqlarını artırsa da, şəhərdəki əksər supermarket şəbəkələrindəki satış rəflərindən somon balığının çıxarıldığı bildirilib.
Vaksindən nə xəbər?
ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) 2020-ci ildə karonavirusun vaksininin hazırlanacağı haqqında ümidverici vəd vermədi. Əksinə, pandemiyanın vaksininin hazırlanacağı tarixə, yəni 2021-ci ilin fevralına qədər qorxu saçacağını bildirdi. Bu arada isə hər ay bir ölkədən vaksinin hazırlandığı barədə xəbər gəlsə də, məlumatlar özünü doğrultmadı. Sonuncu belə xəbər Türkiyədən gəldi! Qardaş ölkənin sənaye naziri vaksini tapdıqlarını bildirdi. Düzdür, o qədər inandırıcı olmasa da, bu xəbərdən sonra pandemiyanin ikinci dalğası ilə bağlı xəbərlərin dövriyyəyə buraxılması, bəzi ölkələr üçün xəbərdarlıq mənşəli yeni həyəcan siqnalı da ola bilər.
Bütün bunları isə yaşayıb görəcəyik.






Fikirlər