Fransada PKK ilə əlaqədə şübhəli bilinən 10 nəfər saxlanıldı
Fransada PKK terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 10 nəfər, o cümlədən qadın saxlanılıb. Bu barədə “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir. Saxlanılanlara qarşı “terror təşkilatının yaradılması və maliyyələşdirilməsi” ittihamı irəli sürülüb. Xatırladaq ki, ötən il fevralın 21-də Fransanın cənubi-qərbində PKK terror təşkilatının maliyyələşdirilməsi işi ilə əlaqədar dörd nəfərin barəsində cinayət işi açılmışdı. Lakin ötən il başladılan istintaqla polis tərəfindən keçirilmiş əməliyyat arasında əlaqənin olub-olmaması hələlik məlum deyil.