İŞĞALÇI ORDU BELƏ VURULUR - 30-dan artıq texnika məhv edildi + VİDEO
Dünən, İzyum istiqamətində Ukrayna Milli Qvardiyasının xüsusi təyinatlıları son günlərin ən uğurlu hərbi əməliyyatını keçirib. Yerli saytlarda və sosial mediada paylaşılan görüntülərdə Rusiya hərbi birliklərinin aramsız artilleriya zərbələrinə məruz qaldığı görünür. Bildirilir ki, xüsusi təyinatlılar Ukrayna Silahlı Qüvvələri ilə birlikdə bir neçə dəqiqə ərzində işğalçı ordunun 30-dan çox hərbi texnikasını və onlarla hərbçisini məhv ediblər. "AzPolitika.info"