UKRAYNA ORDUSU BU İSTİQAMƏTDƏ ƏKS-HÜCUMA BAŞLADI - "Ruslar darmadağın edildi, geri çəkilir"

“İzyum istiqaməti ən qaynar nöqtə olaraq qalmaqda davam edir. Ukrayna qoşunları Xarkov vilayətinin İzyum şəhəri istiqamətində əks-hücuma keçib”.

Bu barədə Xarkov Vilayətinin hərbi administrasiyasının sədri Oleq Sinequbov deyib.

“İzyum istiqaməti ən qaynar nöqtə olaraq qalır. Silahlı Qüvvələrimiz orada əks-hücum əməliyyatına başlayıb. Düşmən bəzi ərazilərdə geri çəkilir - bu, ordumuzun xarakterinin nəticəsidir”, - deyə o qeyd edib.

O, qeyd edib ki, hazırda Xarkov vilayətinin Çuqev, Derqaçi, Lozovaya və digər yaşayış məntəqələri düşmənlər tərəfindən raket və artilleriya atəşinə tutulur. Hələ ki rusiyalıların qoyduğu minalara görə işğalçılardan yenicə azad edilmiş kənd və şəhərlərə qayıtmaq çox təhlükəlidir.

“Düşmən geri çəkildiyi zaman, demək olar ki, hər şeyi minalayıb: həyətləri, uşaq bağçalarını, hətta uşaq çarpayılarını, meşə zolaqlarını, yol kənarlarını. Bu ərazilərdə minatəmizləmə işləri davam edir”, - deyə Sinequbov bildirib.

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

 

***

Ukraynanın əks-hücumları sayəsində Rusiya ordusu Xarkov ətrafındakı mövqelərindən geri çəkilməyə məcbur qalıb.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun yeni hesabatında bildirilib.

“Göründüyü kimi, Moskva nizamlı şəkildə geri çəkilməyə diqqət edir. Bu, o deməkdir ki, Ukrayna Xarkov uğrunda döyüşlərdə qalib gəlib. Ukrayna müdafiəçiləri Rusiya qoşunlarının Xarkovu mühasirəyə almasına mane olublar. Həmçinin Rusiya Silahlı Qüvvələri İzyum istiqamətnidən hücum etmək istəsələr də, bu, uğursuz olub”, - hesabatda qeyd olunub.

Bildirilib ki, Popasnadan şimala doğru irəliləyən rus qoşunları son sutka ərzində ciddi irəliləyiş əldə etməyiblər.

Hesabata əsasən, şimaldan cənuba yürüş edən rus qoşunları Severski Donets çayını keçə bilməyib və bu zaman ciddi itki verib.






Fikirlər