"Rusiya hərbçiləri Ukrayna çöllərində qurdlara yem olub..." - "Bu ölkə tabutlarsız qala bilmir..."

"Əgər Ukraynaya qarşı yalnız Şoyqunun ordusu dayansaydı, Ukrayna artıq Yaroslavldan o tərəfə gedib çıxmış olardı..."

"Siz təkcə ölkənizi deyil, doğma şəhərinizi də itirmisiniz..."
 
"Rusiya ordusunun Ukraynada itkiləri həlak olan və yaralananlarla birlikdə 115 min nəfər təşkil edib..."
 
"Bu ölkə tabutlarsız qala bilmir, resursları tükəndiyindən gizli səfərbərlik elan edib, özünü batırıb..."
 
"Rusiya ordusu Ukraynada kişik uğurlar qazana bilibsə, bu, müharibədə onun tərəfində özəl hərbi şirkətlərin (ÖHŞ) onun tərəfində iştirakı ilə bağlıdır.
 
Moderator.az xəbər verir ki, bunu "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində rusiyalı teleaparıcı və publisist Aleksandr Nevzorov deyib.
 
 
"Biz artıq cəsarətlə deyə bilərik ki, praktiki olaraq cəbhədə bütün mikroskopik, kiçik uğurlar özəl hərbi şirkətlərin uğurudur, çünki əgər Ukraynaya qarşı yalnız Şoyqunun ordusu dayansaydı, Ukrayna artıq çoxdan Yaroslavldan o tərəfə gedib çıxmış olardı", - Nevzorov deyib.
 
Nevzorov deyib ki, Rusiyanın Ukraynada müharibəni davam etdirmək üçün artıq resursları çatışmır və o, hələlik gizli saxlanılan səfərbərlik həyata keçirir. O, xatırladıb ki, Ukrayna hakimiyyətinin dəyərləndirməsinə görə, Rusiya ordusunun Ukraynada itkiləri həlak olan və yaralananlarla birlikdə 115 min nəfər təşkil edib. Bu məlumatları iyulun 5-də Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak səsləndirib. Nəzərə alsaq ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, həlak olanlar təxminın 36, 7 min təşkil edir, yerdə qalan 70 mindən artıq yaralılardır.
 
Əslində, müharibədə həlak olanlar ağır yaralılardan daha optimal vahiddir. Çünki ağır yaralılar böyük sayda tibb işçilərinin, konvoyun, müşayiət edənlərin, xüsusi nəqliyyatın cəlb edilməsi deməkdir. Ağır yaralıların bu qədər çox olması ordunu iflic edə bilər. Yaralıların böyük əksəriyyəti ağır və ya çox ağır yaralılardır", - Nevzorov deyib.
 
O, qeyd edib ki, Rusiya hərbi qulluqçularının  böyük hissəsinin "Ukrayna çöllərində qurdlara yem olmağına" rəğmən, Rusiya hərbi əməliyyatları dayandırmaq fikrində deyil.
 
"Bu ölkə tabutlarsız qala bilmir. Rusiyada səfərbərlik edəcəklər və edirlər. Necə deyərlər, özlərini batırıblar".
 
Jurnalist Nevzorova "Siz Leninüradlı, Peterburqlusunuz" sözləri ilə müraciət edib.
"Yox, artıq deyiləm".
 
"Siz nəinki ölkənizi, doğma şəhərinizi itirdiyinizin fərqindəsinizmi?", - Qordon sual edib.
 

 

"Mən buna sakit yanaşıram, Peterburqun siması o qədər eybəcərləşib ki...Düşünmürəm ki, mən nə zamansa bu şəhərə əvvəlki kimi hisslər bəsləyəm. Bu şəhər "Z" damğası ilə murdarlanıb, binaların fasadları, nəqliyyat, insanların sifəti də həmçinin...Mən bu ayrılığı asanlıqla keçirirəm  və itirməkdən də qorxmuram...Təkrar edirəm, mənim Piterə əvvəliki münasibətim geriyə dönən deyil", - Nevzorov sözlərinə yekun vurub.






Fikirlər