Generaldan SENSASİON AÇIQLAMA: “Ukrayna ordusu bu tarixdə Krıma girəcək”

ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hodcs gələn ilin ortalarına qədər Ukrayna silahlı qüvvələrinin işğal altındakı Krıma daxil olacağını proqnozlaşdırır.

Musavat.com xəbər verir ki, Ben Hodcs bu iddiasını LRT kanalına müsahibəsində səsləndirib.

“Ümid edirəm ki, Ukrayna ordusu gələn il fevralın 23-də rus qoşunlarını mövqelərinə geri çəkilməyə məcbur edəcək, ilin ortalarında isə ukraynalılar Krımda olacaq”, - deyə o qeyd edib.

Amerikalı generalın sözlərinə görə, Rusiya prezidentinin elan etdiyi səfərbərlik onun ümidsizliyə qapıldığını göstərir. Keçmiş komandan həmin addımın yaxın gələcəkdə gözlənilən nəticəni verməyəcəyini, orduya çağırılan vətəndaşların hazırlanması üçün müəyyən vaxt lazım olduğunu söyləyib.

Bundan başqa, Hodcs rusların qısa vaxtda 300 min adamı səfərbər edə biləcəyinə şübhə ilə yanaşdığını ifadə edib.






Fikirlər