Rusiyadakı ticarət mərkəzində terror həyəcanı – 400 nəfər təxliyyə olundu
Sankt-Peterburqdakı «Jemçujnaya Plaza» ticarət mərkəzindən 400 nəfər təxliyyə olunub. Azərtaym.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna ticarət mərkəzinə partlayıcı qurğunun yerləşdirildiyi barədə xəbər səbəb olub. Anonim zəngdən sonra bina boşalıdılıb və yoxlanılması üçün mütəxəssislər çağırılıb. Krasnoselski rayonunda yerləşən ticarət mərkəzi sabaha qədər qapalı olacaq. Xatırladaq ki, dünən axşam saatlarında Moskvanın “Kosmos” otelində də oxşar vəziyyət yaranmış və içəridə bomba olduğu barədə xəbərdarlıqdan sonra 900 nəfərdən çox insan təxliyyə olunmuşdu. Parisdəki məlum terror olayından sonra prezident Vladimir Putin Rusiyada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə qərar verib.