Türkiyədə təhlükəsizlik qüvvələri səfərbər edildi ...

Türkiyədə təhlükəsizlik qüvvələri səfərbər edildi

Türkiyənin daxili işlər naziri Əli Yerliqaya İstanbulda yerləşən "Santa Mariya" kilsəsində törədilən silahlı insidentlə bağlı mediaya açıqlama verib.

 Axar.az xəbər verir ki, nazir hadisəni törədənlərin saxlanılması istiqamətində İstanbul Valiliyi, polis və kəşfiyyat təşkilatları başda olmaqla, ölkənin bütün təhlükəsizlik qüvvələrinin səfərbər edildiyini deyib.

Türkiyədə müxtəlif dinlərə məxsus insanların birlik və sülh içində yaşadığını vurğulayan nazir bu bərabərliyin heç bir qüvvə tərəfindən pozulmasına imkan verilməyəcəyini ifadə edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, ölkə siyasətçiləri, o cümlədən dövlət rəsmiləri törədilən bu qanlı hadisəni lənətlədiklərini ifadə ediblər.

Xatırladaq ki, bu gün İstanbulda yerləşən "Santa Mariya" kilsəsində silahlı insident baş verib. Maskalı iki şəxs tərəfində açılan atəş nəticəsində bir nəfər ölüb.






Fikirlər