"Rusiyadan Ukraynaya xüsusi "zərbə paketi" - ISW

"Hücum zamanı Ukrayna müdafiəçiləri tərəfindən qanadlı raketlər və drponların əksəriyyəti vurulsa da, "İsgəndər-M" tipli ballistik raketin birini də vurmaq mümkün olmayıb..."
 
"Zərbə paketi" Rusiya və Ukraynanın iştirak etdiyi hava sferasında uyğunlaşma və innovasiyalar yarışının rəmzidir..."
 
Rusiya fevralın 7-də güclü hücumu zamanı Ukrayna HHM-in diqqətini yayındırmaq üçün hiyləyə əl atıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazıb.
 
Hesabatda deyilir ki, rusiyalı qəsbkarlar fevralın 7-də Ukraynaya güclü hücum həyata keçirib, o cümlədən "Shahed" tipli pilotsuz uçuş aparatları, X-22 və X-555/101/55 qanadlı raketlər, həmçinin ballistikadan istifadə edib.
 
ISW güman edir ki, düşmənin dünənki "zərbə paketi" Rusiya və Ukraynanın iştirak etdiyi hava sferasında uyğunlaşma və innovasiyalar yarışının rəmzidir.
 
"Ukrayna HHM tərəfindən X-101/555/55 qanadlı raketlərin və "Shahed" pilotsuz uçuş aparatlarının əksəriyyəti vurulub, bu da Rusiya qoşunlarının X-101 seriyasından olan raketləri və "Shahed" dronlarını Ukrayna HHM-in diqqətini yayındırmaq üçün buraxdığından xəbər verə bilər", - hesabatda deyilir.
 
ISW əlavə edib ki, Ukrayna müdafiəçiləri düşmənin bir ədəd də olsun "İsgəndər-M" tipli ballistik raketini və X-22 qanadlı raketini və ya C-300 zenit-raket kompleksindən buraxılan bir döyüş sursatını da vura bilməyib. 
 
"Mümkündür ki, Rusiya qoşunları Ukrayna HHM-in diqqətini yayındırmaq üçün X-101 və "Shahed"lərin kombinasiyasının köməyi ilə digər raketlərin müəyyən edilən hədəflərə uçub gəlməsi üçün xüsusi olaraq bu zərbə paketini işləyib hazırlayıb", - hesabatda deyilir. 
 
Ekspertlərin məlumatına görə, rusiyalılar hücum zamanı "Sirkon" 3M22 raketindən istifadə edə bilərdi. Düşmənin belə raketləri gəmiəleyhinə və, guya, "hipersəslidir".
 
Amerika analitiklər əlavə edib ki, belə silah adətən dəniz gəmilərindən digər gəmilərə və sahilyanı hədəflərə buraxılır.
 
ISW qeyd edib ki, əgər düşmən Ukraynaya fevralın 7-də hücum zamanı həqiqətən bu tipli raketlər buraxıbsa, mümkündür ki, "Sirkon"un buraxılış qurğularını ölkənin dərinliyində yerləşən hədəflər üçün uyğunlaşdırmaq lazım gəlib.
 
Ukraynada tammiqyaslı müharibə davam edir - xəbərlər
 
Fevralın 7-də səhər tezdən rusiyalılar Ukraynanı dron və raket atəşinə tutub. O cümlədən Kiyev, Xarkov və Nikolayev şəhərləri zərbə altına düşüb. 
 
Ukrayna HHM fəal işləyib, lakin düşmən ukraynalılara zərər vura bilib. Nikolayevdə onlarla ev damsız qalıb, aldığı travmalardan bir kişi həlak olub. Kiyevdə çoxmərtəbəli bina zədələnib.
 
Ukrayna paytaxtında düşmən hücumu nəticəsidə dörd nəfər həlak olub, onlarla adam zərər çəkib.
 
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının məlumatına görə, ukraynalı döyüşçülər düşmənin 15 dronu və 29 raketini məhv edib.
 
Qeyd etmək lazımdır ki, düşmən həmçinin 5 ədəd C-300 idarəedilən zenit raketləri, üç "İsgəndər-M" ballistik raket və dörd X-22 tipli raket buraxıb.






Fikirlər