Suriyada yeni dövr - Türkiyəni hansı risklər və təhdidlər gözləyir? - ŞƏRH
Suriyada Bəşər Əsəd hakimiyyətinin sona çatması bölgədə siyasi və hərbi yöndə dəyişiklikləri gündəmə gətirib. Bir sıra beynəlxalq ekspertlər ABŞ və İsrailin birbaşa və dolayı müdaxiləsilə formalaşan prosesin təkcə Suriya üçün deyil, həm də qonşu ölkələr və regional aktyorlar üçün ciddi risklər yaratdığını bildirirlər. Modern.az-ın məlumatına görə, İsmət Özçelik bildirib ki, əslində Hələb və Dəməşqə girən “Heyır Təhrir əl-Şam” (HTŞ) müxalif qruplaşması deyil, ABŞ və İsraildir. İsmət Özçelik bildirib ki, Bəşər Əsəd rejiminin zəif tərəfləri çox idi. Rejim narazı xalqı müqavimətə apara bilmədi. Türkiyəli ekspert bildirib ki, indi Suriyanın bölünməsi gündəmdədir. İsmət Özçelikin fikrincə, Suriyada hələ heç nə aydın deyil. Onun sözlərinə görə, ABŞ və İsrailin 40 ildir üzərində işlədiyi “Böyük Kürdüstan” layihəsi də gündəmdədir. “Türkiyə ilk növbədə ABŞ və İsrail tərəfindən təhdid altındadır. PKK/PYD kimi təşkilatlar istifadə edilən alətlərdir. İŞİD də həmçinin. Əslində oyun çox açıqdır. Suriyadakı hakimiyyət boşluğu Türkiyə üçün risk yaradır. Birinci Körfəz Müharibəsindən sonra 36-cı Paralel üzərində qəsdən səlahiyyət boşluğu yaradıldı. Kukla “kürd dövlətçiliyi”nin əsasları qoyuldu. Suriya ordusu əhalinin sıx məskunlaşdığı ərazilərə geri çəkilməli oldu. Fəratın şərqi boş qaldı. ABŞ dərhal PKK/PYD-ni ora yerləşdirdi. Ağır silahlar verdi. Neft bölgəsii işğal edildi, neft pulları ilə terror təşkilatını maliyyələşdirirlər.
Türkiyəli analitiklər də yaranmış vəziyyəti müxtəlif aspektlərdən dəyərləndirirlər.
Türkiyənin “Aydınlıq” qəzetinin Ankara təmsilçisi İsmət Özçelik Bəsər Əsəd hökumətinin devrilməsini hazırlayan faktorları, Suriyanın gələcəyi ilə bağlı mümkün ssenariləri və Türkiyəyə təhdidləri dəyərləndirib.
“HTŞ sadəcə istifadə olunan vasitəydi. Gerçəkdə Hələblə Dəməşqə ABŞ və İsrail daxil oldu. Paytaxta hücum hər tərəfdən təşkil olunmuşdu. HTS və bəzi qruplar şimaldan, PKK/PYD şərqdən, Amerikanın dəstəklədiyi müxaliflər İordaniya sərhədindən, İsrail isə birbaşa qərbdən əməliyyata başladı. Onların hamısı bir mərkəzdən, ABŞ-İsrail qərargahından idarə olunurdu”.
“Ordunun cəbhədən qaçması isə ABŞ və İsrailin işini asanlaşdırdı. Rusiya havadan dəstək verirdi, lakin yerdə döyüşən Suriya ordusu yox idi. Suriya ordusu müqavimət göstərməyəndə dəstəyə gələnlərin heç bir təsiri olmadı”.
“Hücumu həyata keçirən ABŞ və İsrail də bunu açıq şəkildə deyir. Yəni tək Suriya dövləti real deyil. Etnik qrupların muxtar bölgələri yaradıla bilər. Bəlkə bu, bir federasiya ola bilər".
“Tezliklə daxili müharibə davam edə, qruplararası döyüş başlaya bilər. Suriyanın neft yataqları, kənd təsərrüfatı tarlaları, su mənbələri ABŞ-ın “qara gücü” olan PKK/PYD-nin nəzarət etdiyi ərazidədir. Suriyada istehsal çox deyil. Xarici dövlətlər Suriyada müvəqqəti sakitliyi təmin edə bilər. Ama bu uzun sürməz”.
Suriyada PKK/PYD-yə mühüm vəzifələr veriləcək. Terror təşkilatı təkcə Fəratın şərqində deyil, Dəməşqdə də təsirli olacaq. Bu vəziyyət təkcə Türkiyə üçün deyil, bütün region üçün təhlükədir. Bunun qarşısını almağın yolu Türkiyə-İran-Rusiya-İraq-Livanın birgə hərəkət etməsidir. Bu baş verməsə, hamı əziyyət çəkəcək”.