Rusiya, Türkiyə və İRAN RAZILAŞDI

Rusiya, Türkiyə və İran razılaşdı - SON DƏQİQƏ

Rusiya Soçi şəhərində Rusiya, Türkiyə və İran ordularının Baş qərargah başçıları - Valeri Gerasimov, Hulusi Akar və Məhəmməd Bakiri arasında görüş keçirilib.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, ali rütbəli hərbçilər Suriyada İŞİD və “Ən-Nüsra” Cəbhəsinin (“Əl-Qaidə”nin Suriya qanadı - yeni adı “Fəth əl-Şam” - red.) fəaliyyətinə tamamilə son qoymaq üçün konkret addımlar üzərində razılaşıblar.

Gerasimov Suriyada hərbi əməliyyatların aktiv hissəsinin başa çatdığını deyib.

Qeyd edək ki, noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran liderlərinin üçtərəfli sammiti keçiriləcək.






Fikirlər