TÜRKİYƏnin Danimarkadakı səfirliyinə SİLAHLI HÜCUM

Türkiyənin Danimarkadakı səfirliyinə SİLAHLI HÜCUM

Danimarkada yerləşən Türkiyə səfirliyinə silahlı hücum təşkil edilib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kopenhagen rəsmiləri məlumat yayıb. İlkin məlumatlara görə, bu gün səhər saatlarında hücum edən şəxslər səfirliyin pəncərəsindən içəri molotov kokteyli atıb.

Səfirliyin binasına ziyan dəysə də, binada heç kim olmadığı üçün diplomatlardan xəsarət alan olmayıb.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi araşdırılır.






Fikirlər