Səfirlərin qətl tarixçəsi - SİYAHI

Səfirlərin qətl tarixçəsi - SİYAHI

Dünən Ankara şəhərində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı təşkil edilən sui-qəsd dünyada şok effekti yaratdı. Hadisə müxtəlif illərdə diplomatlara qarşı edilən hücumları yada saldı.

Diplomatlar həmişə ən yaxşı mühafizə olunan rəsmilərdən olsa da, onların həyatını da həmişə qorumaq olmur.

Publika.az ötən yüzilliyinin əvvəllərindən bu günə qədər diplomatların qətli ilə bağlı statistikanı və ümumilikdə diplomatik korpuslara edilən hücumların qısa statistikasını təqdim edir.

Ötən əsrin əvvəllərində - daha doğrusu 1920-ci illərdə SSRİ diplomatları ilk hədəf olublar. İlk belə hadisə 1923-cü ildə baş verib. İsveçrənin Lozanna şəhərində SSRİ-nin bu ölkədəki səfiri Votslav Vorovski öldürülüb.

Картинки по запросу Вацлав ВоровскиSSRİ diplomatlarına qarşı növbəti hücum 3 il sonra yaşanıb. 1926-cı il fevralın 5-də Moskva-Riqa qatarında SSRİ-nin Litvadakı səfiri Teodor Netten, 1927-ci il 7 iyunda isə SSRİ-nin Polşadakı səfiri Pyotr Voykov öldürülüb.

Картинки по запросу петр войковHeç şübhəsiz ki, tarixdə ən çox hücuma məruz qalanlar məhz Türkiyənin diplomatlarıdır. 1970-80-ci illərdə ASALA erməni terror təşkilatı dünyanın müxtəlif ölkələrində onlarla türk diplomatını öldürüb.

2003-cü il martın 28-də Kot-Divuarda Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Məhəmməd Əhməd Rəşid sui-qəsdin qurbanı olub. Elə həmin il dekabrın 29-da Burundidə Vatikan səfiri Maykl Kortni silahlı hücumla öldürülmüşdü.

2005-ci il iyulun 2-də Misirin İraqdakı səfiri İhab əş-Şərif radikal qruplaşmalardan biri tərəfindən Bağdaddakı evindən qaçırılaraq edam edilir. Əlcəzairin İraqdakı səfiri Əli Belayrusi və attaşe İzəddin Belkadi də Bağdaddan qaçırılaraq öldürülür. Bu hadisə 2005-ci il 27 iyulda baş verir.

2008-ci il sentyabrın 20-də Pakistanın paytaxtı İslamabadda "Mariott" mehmanxanasında törədilən partlayışda 53 nəfər ölür. Onlardan biri də Çexiyanın bu ölkədəki səfiri İvo Jdyarek idi.

2012-ci il iyulun 27-də Venesuelanın Keniyadakı səfiri xanım Olqa Fonseka evində öldürülmüşdü.

2012-ci il sentyabrın 13-də ABŞ-ın Benqazidəki konsulluğuna hücum olur. Hücum nəticəsində səfir Kristofer Stivens və daha 3 konsulluq əməkdaşı həyatını itirir.

Maraqlıdir ki, dünyanın müxtəlif ölkələrində törədilən terror aktlarının əksəriyyəti diplomatik nümayəndəliklərin qarşısında baş verib. XXI yüzillikdə ən çox ABŞ, İran, Əfqanıstan, Pakistan və Suriyada fəaliyyət göstərən, yaxud bu ölkələrin digər ölkələrdəki diplomatik korpusları terrorun hədəfi olub. Türkiyənin bu siyahıda da birinci yerdə olması diqqətdən qaçmır.

İngiltərənin İstanbuldakı Konsulluğunda 2003-cü il noyabrın 15-də terror aktı törədilib. Terror aktında Böyük Britaniyanın İstanbuldakı Baş konsulu Rocer Şort da həyatını itirib.

Türkiyənin Parisdəki səfirliyinə 2006-cı il iyunun 17-də hücum edilib. Üç nəfər Konsulluğun binasının qarşısına molotov kokteyli ataraq hadisə yerindən uzaqlaşıb.
2008-ci il iyulun 9-da ABŞ-ın İstanbuldakı konsulluğunun önündə baş vermiş hücumda 1 mühafizəçi, 2 yol polisi, hüquq-mühafizə orqanlarının 3 əməkdaşı həyatını itirdi, 1 polis isə yaralanamışdı. Üç silahlı şəxs isə öldürülmüşdür. Digər bir terrorçu isə yaralı olaraq hadisə yerində yaxalanmışdı.
ABŞ-ın Adanada konsulluğu 2010-cu il fevralın 1-də hücuma məruz qalıb. Hücum "Əl-Qaidə" terror təşkilatı tərəfindən həyata keçirilib.

Türkiyədəki Ukrayna konsulluğu 2010-cu il martın 9-da silahlı hücuma məruz qalıb. Naməlum şəxs konsulluğun binasına zorla girməyə cəhd etsə də, mühafizəçilərin atəşi nəticəsində zərərsizləşdirilib. O, açılan atəş nəticəsində yaralanıb və xəstəxanaya çatdırılıb. Axtarış zamanı şəxsin üzərində saatlı bomba mexanizmi aşkarlanıb.

2011-ci il aprelin 6-da Türkiyənin Benqazidəki konsulluğuna bir qrup naməlum şəxs hücum edib. Naməlum silahlı gənclər daha sonra konsulluqdakı Türkiyə bayrağının endirilməsini tələb ediblər.Suriyada Türkiyə səfirliyinə 2011-ci il noyabrın 13-də hücum edilib. Binanın qarşısında toplanan Bəşər Əsəd tərəfdarları Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Polis səfirlik binasına daş atan nümayişçilərə müdaxilə edərək gözyaşardıcı qazlardan istifadə edib.

İstanbulda İran konsulluğuna 2012-ci il oktyabrın 5-də hücum olub. Konsulluq molotof kokteyli ilə hücuma məruz qalıb. Konsulluq binasına yandırıcı maddə dolu şüşəni atan Cavad Bişetab adlı iranlı İranın xarici siyasətinə etiraz olaraq bu addımı atdığını bildirib. Hücum nəticəsində konsulluğun viza şöbəsinin giriş qapısı yararsız hala düşüb. Saxlanılan şəxsin mart ayında Ankarada İran səfirliyinə molotof kokteyli ilə hücum edən şəxs olduğu və 10 il əvvəl İrandan sürgün edildiyi məlum olub.

İranın Danimarkadakı səfirliyi 2012-ci il sentyabrın 12-də hücuma məruz qalıb. 50 nəfərdən ibarət olan bir qrup şəxs İranın Danimarkadakı səfirliyinin binasına girərək diplomatik korpusun binasının şüşələrini qırıblar və divarlara Tehran rejimi əleyhinə şüarlar yazıblar. İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əhməd Baxşeyş hadisədən sonra bilidirib ki, bu, İranın Almaniyadakı səfirliyinə təşkil edilən hücumun bir növ davamıdır.İraqın şimalındakı Mosul şəhərində Suriya mənşəli İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı 2014-cü il iyunun 11-də Türkiyənin baş konsulluğuna hücum edərək konsulluğun binasını ələ keçirib. Baş konsul Öztürk Yılmaz da daxil olmaqla 49 nəfəri girov götürülüb. Girov götürülənlərin arasında diplomatların ailə üzvləri, o cümlədən 3 uşaq da olub.

Əfqanıstanda Böyük Britaniya səfirliyi qarşısında 2014-cü il noyabrın 27-də kamikadze özünü partladıb. Partlayış nəticəsində ümumilikdə 5 nəfər həlak olub. Terror aktına görə məsuliyyəti Taliban qruplaşması öz üzərinə götürüb.
2014-cü il sentyabrın 28-də ABŞ-ın Yəməndə yerləşən səfirlik binası 200 metr məsafədən tank əleyhinə istifadə edilən “M72” qumbaraatanlarından atəşə tutulub. Hücum nəticəsində 2 mühafizəçi aldığı qəlpə yarasından dünyasını dəyişib. Cinayətkarlar isə hadisəni törətdikdən sonra dərhal avtomobillərinə minərək ərazidən uzaqlaşıblar. Əvvəlcə hücumun kim tərəfindən həyata keçirildiyi bilinməsə də, “Əl Qaidə” terror qruplaşmasının qolu olan “Ənsərəş Şəriə” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Qətərin paytaxtı Dohada ABŞ səfirliyinə 2015-ci il aprelin 10-da hücum edilib. Amerikanın diplomatik nümayəndəliyinə basqın edən şəxsiyyəti məlum olmayan şəxslər səfirliyin mühafizəçisini yaralayıb. Hücum edən şəxs həbs edilib.

Türkiyənin Hollandiyadakı səfirliyinə 2015-ci il iyulun 21-də hücum ediblər. Şüarlar səsləndirən etirazçılar səfirlik binasına daxil olmaq istəyiblər. Ancaq polisin müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb. Etirazçılar binanın şüşələrini daşlayaraq sındırıblar.






Fikirlər