PARİSDƏ GÜCLÜ PARTLAYIŞ - 4 ölü, 50 yaralı + Fotolar+ Yenilənib
Fransanın paytaxtı Parisin mərkəzində güclü partlayış baş verib.
“Qafqazinfo” xəbər verir ki, yerli polisin məlumatına görə, hadisə Treviz küçəsində olub.
Hazırda partlayışın baş vermə şəraiti araşdırılır.
***
Yerli KİV-in məlumatına görə, partlayışa səbəb qaz sızması olub. Yaralılar var.
***
“BFMTV” telekanalı xəbər verir ki, partlayış nəticəsində 3-ü yanğınsöndürən olmaqla 12 nəfər ağır xəsarət alıb.
***
“TASS” agentliyinin məlumatına görə, hadisə nəticəsində 4 nəfər həlak olub. Bu barədə ölkənin daxili işlər naziri Kristof Kastaner bildirib.
“Partlayış nəticəsində ikisi yanğınsöndürən, ikisi mülki vətəndaş olmaqla 4 nəfər ölüb. 10 nəfər isə ağır vəziyyətdədir ki, onlardan biri yanğınsöndürəndir”, - deyə nazir söyləyib.
***
DİN rəhbəri Kristof Kastanerin məlumatına görə, xəsarət alanların sayı 50 nəfərə yüksəlib.