Alban kilsəsi çayxanaya çevrildi - Zaqatalada – FOTOLAR

Alban kilsəsi çayxanaya çevrildi - Zaqatalada – FOTOLAR

Zaqatalada yerləşən tarixi abidə çayxanaya çevrilib.  

Bizimxeber.az-a daxil olan məlumata görə, Zaqatala şəhərinin mərkəzində yerləşən, böyük bir tarixi özündə əks etdirən V-VI əsrə aid Alban kilsəsi çay evi kimi icarəyə verilib. Hətta kilsənin bir otağı hörülərək dəmir qapı qoyulub, qapı qıfıl ilə bağlanaraq anbar kimi istifadə edilir.
Bildirilir ki, Mədəniyyət və Turizm Nazirliyinin Zaqatala şöbəsinin rəhbəri Zümrüd Atakişiyeva və Tərlan Əhmədov bu hallara göz yumur və bu çay evindən haqq alırlar.
Bizimxeber.az olaraq Mədəniyyət və Turizm Nazirliyinin Zaqatala şöbəsinin rəhbəri Zümrüd Atakişiyeva ilə əlaqə saxladıq. Xəbərə qətiyyən narahat olmayan Zümrüd Atakişiyeva bu tarixi abidədə çay evinin olmasından yox, məlumatı kim yaya bilər məqamı daha çox düşündürdü: "Məlumatı kim verib? O adamı necə tapa bilərəm?”
Abidənin çay evi kimi istifadəsini sübut edən fotoları təqdim edirik:


 

 

 






Fikirlər