“Şəhid hərbçilərin ailələrinin İFTAR süfrəsində bir araya gəlməsi təqdirəlayiqdir”

Elman Məmmədov: “Türkiyənin bu təcrübəsinin Azərbaycanda tətəbiqinə ehtiyac var”

Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisinin təşəbbüsü və iştirakı ilə şəhid hərbçilərin ailələri iftar süfrəsində bir araya gətirilib. Görüş əsnasında SQ rəhbərliyi şəhid ailələrinin problemləri ilə maraqlanıb, onların qayğıları ilə tanış olub.

Maraqlıdır, Azərbaycanda da bu ənənənin tətbiqinə ehtiyac varmı? Azərbaycn SQ-nin rəhbərliyinin təşəbbüsü əsnasında şəhid ailələrinin iftar süfrəsində bir araya gətirilməsi mümkündürmü?

Bununla bağlıModerator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov sözügedən ənənənin Azərbaycanda tətbiqinin məqsədəuyğun olduğunu qeyd etdi:

“Təbii ki, belə bir ənənənin Azərbaycanda tətbiqinə ehtiyac var. Bu, bir çox baxımdan müsbət, faydalı bir iş olar. Hesab edirəm ki, bu məsələ Azərbaycan SQ-nin rəhbərliyinin də diqqət mərkəzində olan məsələdir. Ola bilsin ki, Azərbaycanda da yaxın vaxtlarda şəhid ailələrinin iftar süfrələrində bir araya gəlməsi təmin edilsin”.






Fikirlər