“Mətbuatımızın dövlətimizin imicinin formalaşmasındakı ROLU inkaredilməzdir”

Əflatun Amaşov: “Azərbaycan mediası həmişə milli dövlətçilik şüurunun inkişafında mühüm rol oynayıb”

“Mətbuatımızın dövlətimizin imicinin formalaşmasındakı rolu inkaredilməzdir”.

 Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdyi qurumun Vergilər Nazirliyi ilə birgə təşkilatçılığı ilə keçirdiyi “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinin nəticələrinin elan olunması və qaliblərin mükafatlandırılması mərasimində bildirib. Ə.Amaşov mətbuatın milli dövlətçilik şüurunun inkişafındakı əhəmiyyətinin də böyük olduğunu bildirib:

“Azərbaycan məbuatı hər zaman milli dövlətçilik şüurunun inkişafında mühüm rol oynayıb, bu istiqamətdə əhəmiyyətli addımlar atıb. Hələ 1875-ci ildə dərc edilən “Əkinçi” qəzetində milli şüurun oyadılması, milli dövlətçiliyin yaradılması ilə bağlı nüanslar özünü hiss etdirirdi. Şərqdə ilk cümhuriyyətin məhz Azərbaycanda yaranması da bizim üçün fəxredici bir olaydır. Bu gün də milli mətbuatımiz milli dövlətçilik şüurunun möhkəmlənməsi, Azərbaycan dövlətinin imicinin formalaşması, beynəlxalq nüfuzunun artmasında önəmli rol oynayır. Mətbuatın bu istiqamətdəki fəaliyyəti təqdirəlayiqdir”.






Fikirlər