“Məni həbs edəcəklər” - ƏLI KƏRIMLI

6129

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli “Amerikanın səsi” radiosuna verdiyi müsahibədə həbs ediləcəyi ehtimalı ilə bağlı yerli mediada yayılan məlumatları şərh edib.

Virtualaz.org bildirir ki, Ə.Kərimli deyib:“Mənim həbs olunmaq ehtimalım realdır. Prinsip etibarı ilə bir neçə müddətdir ki, hökumətyönlü media məni ciddi şəkildə şərləyir.Ətrafımdakı adamlar da sürətlə həbs olunurlar. Bu məlumata mən də rast gəldim, oxudum və təəccüblənmədim. Mənim üçün təəccüblü olmadı. Gözlənilir, belə bir hadisənin olması. Əslində belə daha yaxşıdır. Çünki ətrafımda olan günahsız insanları həbs edərək guya mənimlə bağlı zəmin yaratmaq istəyirlər… Problemləri mənimlədirsə, mən hazıram…”.
“Bəs sizi hansı ittihamla həbs edə bilərlər” sualına isə AXCP sədri belə cavab verib: “Hökumət mətbuatı məni ölkədə “baş gülənçi” elan edib. Ona görə, güman etmək olar ki, məhz bu istiqamətdə hərəkət edəcəklər”.

 






Fikirlər