Sumqayıtın iki deputatı qara siyahıda – Müdhiş iddialar
Sumqayıtın iki deputatı qara siyahıya düşüb Bu barədə Politika.Az-a verilən məlumata görə, Mirzəcan Xəlilov və Muxtar Babayevin adı son günlər neqativ hadisələrdə hallanır. Bu da hər iki millət vəkilinə problem yaradıb. Xüsusən də M.Xəlilovdan şikayətçi olanların sayı artır. Laçın rayon sakini Zülfüqar Əliyev adlı şəxsin Xəlilovdan şikayəti dərc olunduqdan sonra daha bir usta briqadasının iki nümayəndəsi deputatdan şikayətləniblər. Rizvan Şükürov və Vasif Həsənov adlı şəxslər Xəlilovun Novxanıdakı villasının içərisində malyar, alçipan, ”poduqa” işini işləyib. Sitat: “Adlarını da çəkə bilərəm – Qafur Həsənov, Vasif Həsənov, Vüqar Hüseynov, Şahmalı Səmədov, Fəxri Xanlarzadə. Mirzəcan müəllimin şəxsən özü ilə qiymət razılaşmamız olub. 2014-cü ilin iyun ayında işə başlamışıq. Bir il sonra işi yekunlaşdırıb təhvil vermişik. İş kvadratla ölçülüb hesabatı gedib. Bəlli olub ki, 79 min 8 yüz 50 manat zəhmət haqqı edir. Mirzəcan Xəlilov həmin məbləğin 12800 manatını borclu qalıb. Bu günə qədər həmin borcu vermir”. Politika.Az xəbər verir ki, Sumqayıtın digər deputatı Muxtar Babayev isə prezidentin qəzəbinə tuş gəlib. Sumqayıtdakı iclasda ölkə başçısının ona irad tutmasından sonra millət vəkilinin vəziyyəti gərginləşib. Ona töhmət verilib və bildirilib ki, dövlət başçısının iclasda onun üzünə gülməsi heç də razılıq əlaməti deyildi. M.Babayev səhvini düzəltmək üçün indiyə qdər heç bir addım atmayıb. Söhbət ondan gedir ki, “Kimyaçılar Evi”nin inşası barədə Rövnəq Abdullayevə və Muxtar Babayevə verilən tapşırıq hələ də yerinə yetirilməyib. M.Babayev Milli Məclisdə istisna hallara çıxış edir. Seçicilərin dediyinə görə, deputata dəfələrlə müxtəlif problemlər barədə müraciətlər ünvanlanıb. Sumqayıtı narahat edən məsələlərin parlamentdə qaldırılması xahiş olunub.Amma heç bir tədbir görülməyib. Politika.Az-a verilən məlumatda deyilir ki, hər iki Sumqayıt deputatı – M.Babayev və M.Xəlilov ümidləri doğrultmayıb. Əksinə, onların adı cürbəcür xoşagəlməz işlərdə çəkilir. Bu da deputatların reputasiyasına və yuxarıların onlara münasibətinə təsir edib, – Politika.az bildirir.