Sərdar Cəlaloğlu: “Azərbaycan müxalifətinin rus düşmənçiliyi yoxdur”

Sərdar Cəlaloğlu: “Azərbaycan müxalifətinin rus düşmənçiliyi yoxdur”

Tural Abbaslı: “Rusiya səfirliyinə başsağlığı məktubu göndərməmişik, amma...” 

 

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi dünyada olduğu kimi, Azərbaycanda da ciddi rezonans doğurdu. Xain terroru hər kəs lənətlədi, rus səfirinin qətlinə üzüntülər ifadə olundu.
Azərbaycan ictimaiyyətində şimal qonşumuza münasibət Ermənistana dəstək verməsi səbəbindən birmənalı olmasa da, terrorla bağlı mövqelər üst-üstə düşdü. Xüsusilə burada Türkiyə faktoru da mühüm rol oynadı. Yəni terrorun arxasındakı xain əllərin qardaş ölkəyə tərəf yönəldiyi, əslində Rusiyanın deyil, Türkiyənin əsas hədəf seçildiyi vurğulandı. 
Hökumət səviyyəsində Rusiyaya başsağlığı verildi, amma ölkə müxalifətinin rəsmi mövqeyinə dekabrın 20-si axşam saatlarınadək rast gəlinmirdi. Siyasi qurumların Rusiyanın Azərbaycandakı səfirliyinə başsağlığı üçün gedib-getməyəcəkləri, yaxud məktub göndərib-göndərməyəcəkləri ilə maraqlandıq.
Image result for İqbal Ağazadə
Ümid Partiyasının sədri İqbal Ağazadə istənilən ölkədə terroru pislədiklərini qeyd etdi: “Səfirin qətlə yetirilməsi halları tarixin müxtəlif dönəmlərində olub. Şahzadə Ferdinandın öldürülməsi İkinci Dünya müharibəsi üçün bəhanə oldu. Rusiyanın böyük elçisinin Ankarada qətlə yetirilməsini qətiyyətlə pisləyirik. Bununla bağlı Rusiya dövlətinə və xalqına başsağlığı veririk. Hesab edirik ki, terrora qarşı mübarizədə hər kəs eyni mövqedən çıxış etməlidir. Bunu durdurmağın yolları aranmalıdır. Başsağlığımızı mətbuat və digər vasitələrlə səfirliyə çatdıracağıq. İnsanların qətlə yetirilməsini siyasi maraqlarımızla ölçmürük. Biz terrora qarşı harada olmasından asılı olmayaraq, səsimizi daim uca çıxaracağıq. Bu təhlükəyə qarşı bütün dövlətləri birləşməyə çağırırıq. Rusiyanın özü də ciddi şəkildə düşünməlidir. Yaxın Şərq və digər ərazilərdə olan problemlərdə təəssüflər olsun ki, Rusiya ədalətsizliyin yanında olur. Öz maraqları naminə bəzən haqqı qoyub, nahaqqı müdafiə edirlər. Rusiya dövlətinə, xalqına və mərhumun ailəsinə, yaxınlarına başsağlığı verirəm”.
Image result for ADP sədri Sərdar Cəlaloğlu
ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, səfirin öldürülməsinə səbəb son zamanlar sürətlə inkişaf edən Rusiya-Türkiyə əlaqələridir: “Bu terror hər iki dövlət arasındakı əlaqələri istəməyən qüvvələr tərəfindən həyata keçirilib. Bu hadisə təkcə Rusiyaya qarşı deyil, bütövlükdə qlobal siyasətdə gedən prosesləri istəməyən qüvvələrin işidir. Biz Rusiyanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyirik, onun bu məsələdə dediklərinə qarşıyıq. Əgər Azərbaycana qarşı ədalətli mövqe tutarsa, Ermənistanın işğalçılıq siyasətini pisləyərsə, Azərbaycana ən yaxın ölkə Rusiyadır. Qonşuyuq, mədəniyyətlərimiz bir-birinə ciddi təsir edib. Bu baxımdan, Azərbaycan müxalifətinin rus düşmənçiliyi yoxdur. Səfirin öldürülməsi ilə bağlı heç şübhəsiz ki, partiya olaraq mövqeyimiz olacaq. Amma səfirliyə gedib başsağlığı verməyə ehtiyac yoxdur. Bu milli matəm deyil”.
Image result for AĞ Partiya başqanı Tural Abbaslı
AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, terrorda Türkiyənin növbəti dəfə hədəf alınmasını pisləyir: “Türkiyənin bölünməsini, regionda söz sahibi olmasını, Rusiya ilə əlaqələrinin genişlənməsini istəməyən qüvvələrin törətdiyi hadisə idi. Rusiya və Türkiyənin bu terrordan sonrakı mövqeləri də sevindiricidir. Partiya olaraq mövqeyimizi bildirmişik. Birləşmiş müxalifətin toplantısı keçirildi və orada da partiyalar olaraq mövqeyimizi açıq şəkildə ortaya qoyduq. Rusiya səfirliyinə başsağlığı məktubu göndərməmişik, amma bu istisna da deyil. Yaxın günlərdə rəsmi səviyyədə mövqeyimizi səfirliyə bildirəcəyik. Belə hadisələrdə haqqın yanında olmaq lazımdır”.

 






Fikirlər