Ərəblər Azərbaycanda qoyun ətini bahalaşdırdılar - Qoyunlarımız ərəb ölkələrinə APARILIR
Təxminən 2 ay əvvəl 1 manat - 1 manat 50 qəpik ucuzlaşan ət yenidən bahalaşıb. Belə ki, Bakıda mal əti 11 manat 50 qəpik, qoyun əti 12 manat, quzu əti 13 manata təklif edilir. Azərbaycanda ətin – konkret olaraq qoyun ətinin bahalaşmasına “ərəb faktoru”nun da təsir etdiyi bildirilir. Bəzi məlumatlara görə, son vaxtlar Azərbaycana tez-tez səfər edən zəngin ərəb şeyxləri və şahzadələri burada yedikləri qoyun ətini ölkələrindəki ətlə müqayisə edərək, belə qənaətə gəliblər ki, azərbaycanlıların təklif etdikləri ət daha dadlıdır. Və bundan sonra onların Azərbaycandan ərəb ölkələrinə qoyun ixrac etmək qərarına gəldikləri bildirilir. Pulunu ödəyib yer kiraləyən, ov ovlayan, quş quşlayan ərəb şeyxləri Azərbaycanda yedikləri qoyun ətinin dadına da doya bilməyiblər. Elə bu səbəbdən də bu ilin aprel ayından qoyunları ərəb ölkələrinə ixrac etməyə başlayıblar. Bu ixrac əməliyyatlarının nəticəsində Azərbaycanda qoyuna tələbat artıb və qiymət avtomatik bahalaşıb. “Qoyunlar ərəb ölkələrinə sınaq məqsədilə aparılır” “Amma qoyunların və qoyun ətinin ixrac olunması sırf kommersiya məsələsidir və rentabellik baxımından da əlverişlidir. Hazırda ola bilsin ki, qoyun əti kiçik partiyalarla, sınaq məqsədilə ərəb ölkələrinə ixrac olunub. Amma kütləvi qaydada ərəb ölkələrinə qoyun ixracı yoxdur. Bəlkə kimsə müəyyən səbəblərdən, yol xərclərini hesablamaq üçün aparıb. Bu, istisna edilmir”. Qoyun ətinin bahalaşmasına gəlincə, nazirlik rəsmisi deyib ki, payızdan bəri qoyun ətinin qiyməti eyni tempdədir: “Hazırda körpə quzu əti satışa çıxarılıb. Onların əti də həmişə digər yaşlı qoyunların ətindən 1-1,5 manat fərqli olur. Hesab edin ki, fevral ayında doğulmuş quzu artıq kəsilmək üçün istifadə olunur. Onun da qiyməti normal olaraq bahadır. Bu hər zaman belə olub”. “Ərəblərin alıcılıq qabiliyyəti yüksəkdir” Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, Azərbaycan ətə olan tələbatını ödəyə bilmir: Ekspert deyib ki, ərəblərin Azərbaycandakı qoyun ətinə marağı başadüşüləndir: “Ərəblərin bizdən fərqli olaraq alıcılıq qabiliyyəti yüksəkdir. Bizdə mal ətinin qiyməti qalxıb 11 manat 50 qəpiyə, qoyun əti 11-12 manatdır. Bizdə alıcılıq qabiliyyəti və ət istehlakçılarının sayı get-gedə azalır. Eyni zamanda un, çörək istehsalı azalıb. Bu da əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsilə bağlıdır. Əvvəllər borca çörək ala bilənlərə indi borca çörək də verilmir. Əgər bizdə alıcılıq qabiliyyəti yüksək olarsa, ət çatışmazlığı o dəqiqə özün büruzə verər. Ətin qiyməti kəskin şəkildə artar. Demirəm indi ət ucuzdur. Hazırda Azərbaycanda alıcılıq qabiliyyəti aşağıdır, ərəb ölkələrində yüksəkdir. Ona görə də ət yüksək dəyər verilən ölkəyə gedir. Hər zaman belə olub ki, yüksək kalorili məhsullar varlı ölkələrə göndərilib”.AzerTaym.az
Qeyri-rəsmi məlumatlara görə, ərəblər Azərbaycanda qoyun alış-verişi işinə girişməsi ətin qiymətinə təsirsiz ötüşməyib.
Xatırladaq ki, ötən ilin sentyabr-oktyabr aylarında Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun oğlu- Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum və onun 100-ə yaxın adamı ov etmək üçün Azərbaycana gəlmişdi.
Buna qədər isə ərəblər 2015-ci ilin mart ayında da Saatlı və İmişli rayonlarında, Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsindəki ovalıqlarda dincəlmişdilər. O zamankı ov həvəskarları keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olmuşdu. Həmin vaxt ərəb şeyxləri ov zamanı Saatlı rayonu ərazisində, Mil düzündə çadırlar quraraq orada qalırdılar. Yerli təbiət və sadə kənd adamları zəngin ərəblərə o dərəcədə xoş təsir bağışlamışdı ki, onlar burada hətta torpaq sahəsi almaq fikrində olduqlarını da dilə gətirmişdilər.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Modern.az-a açıqlama verib. Nazirlik rəsmisi deyib ki, təkcə ərəblər yox, ölkəmizə gələn bütün qonaqlar Azərbaycan ətinin dadını bəyənir:
“Yerli ət istehsalı tələbatın cəmi 38 faizini ödəyir. Adambaşına təxminən 10 kiloqram toyuq əti, 10 kiloqram mal əti, 10 kiloqram qoyun əti düşür. Halbuki adambaşına tələbat normaya uyğun olaraq 84 kiloqramdır. Biz bunun yalnız 30 kiloqramını təmin edə bilirik. Son vaxtlar ət və ət məhsulları, həm də kəsim üçün diri heyvan idxalı artıb. Burada söhbət qoyun, keçi və iribuynuzlu mal-qaradan gedir”.