Əhliman Əmiraslanov hökuməti səhiyyə xərclərini ARTÖRMAGA ÇAGIRDI

“2018-ci ilin büdcəsinin ötən ilin büdcəsindən 20 faiz artırılması iqtisadi yüksəlişdən xəbər verir.Sosial sahələrə ayrılan vəsait artırılıb. Büdcənin 1/3-nin sosial sahələrə ayrılıması ölkə başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılamasına göstərilən diqqətdir. Təhsil sahəsində 15 faiz artım var. Təhsil sahəsində ciddi islahatlar aparılır. Bu vəsait islahatları sürətləndirəcək. AMEA-nın büdcəsi 5 faiz artıb, bu da elmin inkişafında xüsusi rol oynayacaq”. 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdəki büdcə müzakirələri zamanı deyib. Deputat təəssüflə qeyd edib ki, ölkəmizdə adambaşına düşən səhiyyə xərcləri son dərəcə aşağıdır. 
“Bu xərclərin azlığı, həkimlərin maaşının aşağı olması, ölkədə yeni inşa edilən müasir avadanlıqlar təmin olunan klinika və xəstəxanaların effektiv çalışmasına maneə törədir. Bu il səhiyyə xərcələri ötənilkindən bir qədər azdır. Heç olmasa, əhalinin artımını nəzərə alaraq bu xərcləri artırmaq lazımdır. Əgər biz bunu stabil saxlayıb və ya azaltsaq səhiyyədə problemlər yaranacaq. Bu xərclər hökmən artırılmalıdır”. 
Deputat bildirib ki, keçən il də Milli Məclisdə koxlear implantasiya ilə bağlı məsələ qaldırılıb. “Ölkəmizdə hər il 100-150 nəfər eşitmə qabiliyyətini itirmiş uşaqlar dünyaya gəlir. Onlar əməliyyat olunmasa, eşitmə qabilliyyətini itirə bilərlər . Bu əməliyyatı həyata keçirmək üçün büdcədən daha çox maliyyə vəsaiti ayrılmalıdır. Deyə bilərlər ki, səhiyyə sahəsinə nəzərdə tutulan vəsaitdən bu məsələyə maliyyə ayırmaq olar. Amma hesab edirəm ki, həmin vəsaitin özü də yetərli deyil. Ona görə də koxlear implantasiya üçün ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır”. 
Komitə sədri bildirib ki, orqan transplantasiyasına məruz qalan xəstələrin antidesprantlarla təmin olunması üçün əlavə vəsait ayrılmalıdır. 
“Bu gün ölkədə və xaricdə vətəndaşlarımıza orqan transplantasiyası aparılır. Həmin şəxslər  yaşaması üçün ömrü boyu antidesprantlar almalıdırlar. Bunun üçün onlara 3000-3500 manat vəsait lazımdır. Ancaq, bu xəstələr onu ala bilmirlər. Onlar bu antidesprantlardan istifadə etməsələr, orqanlarda qopma baş verir və həyatları təhlükə altına düşür. Buna da əlavə vəsait lazımdır. Çünki, səhiyyəyə ayrılan vəsaitlə bunu etmək mümkün deyil”. 
Ə.Əmiraslanov qeyd edib ki, şiş əleyhinə preperatların alınması üçün də əlavə vəsait lazımdır. “Bunun üçün bu il də vəsait ayrılıb. Ancaq bu peraparatlar çox bahalıdır. Ona görə də onların tam həcmdə alınmasında çətinliklər var. Bu da onkoloji xəstəliklərin müalicəsində çətinliklər yaradır. Hesab edirəm ki, ayrılan vəsaitin artırılmasına ehtiyac var”

 






Fikirlər