Deputat qanpulu və pensiya ilə bağlı MƏSƏLƏ QALDIRDI

“Dövlət borcları və yığım əmsalı çox böyükdür.Hesab edirəm ki,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kifayət qədər ehtiyatı var ki, yığım əmsalını artırsın. Hesablama Palatasının apardığı təhlillər onu göstərir ki, 2016-ci ildə dövlət sosial sığortasına cəlb edilməyən ümumi daxili məhsuldakı rəqəm artıq 1 milyard yüz milyonu keçib. Bu Əmək Nazirliyi tərəfindən araşdırılmalıdır”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, qanpulu ilə bağlı əlillər tərəfindən kifayət qədər müraciətlər daxil olur.

 “Mən qanpulunun ödənilməsi ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla, komitə sədri ilə də danışmışam. Hətta cənab sədr tərəfindən müvafiq sənədlər də Nazirlər Kabinetinə göndərildi. Çox təəssüflər olsun ki, bu məsələ hələ də həllini tapmayıb. Bizi bu məsələyə görə çox narahat edirlər. Bu məsələnin məbləğinin böyük olduğunu bilirəm. Ona görə də hökumətdən xahiş edrəm ki, bu məsələyə baxsın. Mən demirəm ki, bu vəsait birdən-birə ödənilsin. Müəyyən ardıcıllıqla həll edilsin. Onsuz da biz bu məsələni nə vaxtsa həll etməliyik”.

V.Əhmədov həmçinin sanatoriya və kurort müalicəsi ilə bağlı vəsaitlərin artırılmasını təklif edib. “

Həmkarımız Səttar Mehbalıyev də bu məsələyə toxunmuşdu. Keçən il də biz bu məsələni qaldırmışdıq 

Dövlət büdcəsindən Həmkarlar İttifaqına təxminən 20 milyon manat vəsait ayrılıb. Amma müraciətlər həddən artıq çox olduğu üçün bu rəqəmə də baxmağı xahiş edirəm”.

Deputat qeyd edib ki, Azərbaycanda pensiya islahatlarına faktiki olaraq bir neçə ildir ki, başlanılıb.2017-ci ildən artıq bu islahat həyata keçirilir. İslahatın müəyyən müsbət nəticələri olmaqla yanaşı,bir sıra mənfi nəticələri də var. Pensiya islahatları nəticəsində yığımda təxminən 16 min manat yığılmalıdır ki, sonradan pensiya alarkən 110 manat ala biləsən.

Amma onları yığa bilməyən insanların taleyi isə çox ciddi məsələdir. Çünki o insanlara pensiya verilmir, müavinət verilir. Həmin müavinətlərin məbləği çox aşağıdır. Mənim aldığım məlumata görə təxminən 60,70, 80 manatdır. Bu çox ciddi məsələdir. Biz “Pensiya təminatı haqqında” qanunu qəbul edərkən də bu məsələyə toxunmuşuq. Bu insanların problemləri diqqət mərkəzində olmalıdır”. 






Fikirlər