Tahir İmanov: “Bizdən İLK QİSAS ALAN Hadı Rəcəbli oldu”

Millət vəkili Hadı Rəcəbli Kulis.azın “İşdən kənar” layihəsindəki müsahibəsində KVN-çilərin onu təhqir etdiyini söyləyib.

Məsələyə aydınlıq gətirən KVN “Parni iz Baku” teatrının rəhbəri, Əməkdar artist Tahir İmanov deyib:Biz Hadı Rəcəbliylə bu məsələni üç il əvvəl həll eləmişdik

 Onun sözlərinə görə, millət vəkili məlum yumorla bağlı onlara heç bir irad bildirməyib:

 “O, mənə zəng eləyəndə müsahibədə dediyi fikirləri deməmişdi. Heç bir irad bildirməmişdi. Sadəcə demişdi ki, məni düzgün başa düşməyiblər. Çox yaxşı qəbul eləmişdi yumoru. Şəxsən mənə dedi ki, jurnalistlər onun fikrini kontekstdən çıxarıb. Biz bu yayılmış söhbətə, yəni jurnalistlərin çıxartdığı “müəllim” söhbətinə arxalanaraq yumor hazırlamışdıq. Biz axı Milli Məclisdə oturmuruq. Bizim, ümumiyyətlə tamaşalarımızda təhqir, yaxud bu ifadəyə yaxın heç bir səhnəciyimiz olmayıb. Hadı müəllim mənimlə danışanda belə bir söz deməmişdi. İndi isə təhqir hesab edir. Olsun. Problem yoxdur”.

 Daha sonra T.İmanov bunları söyləyib:

 “Bizə efir qadağası qoyulandan sonra çoxları cəsarətli olacaq, tənqidi təhqir hesab edəcək. Birinci sözlərini dəyişib başqa şey danışacaqlar. Bundan sonra kim doğrudan bizə hörmətlə yanaşırdı, kimin zəhləsi gedirdi üzə çıxacaq. Bizim tamaşaya gəlmiş, əl çalmış adamların, əslində maska altında gizləndiyini və bizə nifrət etdiyini sonralar da görəcəyik. İndi belə adamlar çox olacaq. Öz cəsarətlərini göstərmək istəyəcəklər. Bir çox adamlar bizdən qisasını almaq istəyəcək. İlk Hadı Rəcəbli oldu. Bunun da problemi yoxdur”.

AzerTaym.az






Fikirlər