"AZƏRİŞIQ” ASC ölkənin bütün regionlarında olduğu kimi Şirvan Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş elektrik şəbəkələrini yenidən qurur.
Külək və digər təbii hadisələrə davam gətirmək gücündə olmayan elektrik hava xətlərinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2018-ci ilin birinci rübündə xeyli işlər görülüb və görülməkdədir.
"Azərişıq” ASC-dən AzerTaym.az-a verilən məlumata görə, yanvar-mart ayları ərzində Hacıqabul rayonu ərazisində inşa edilən 110/35/10 kV "Qarasu” yarımsatansiyasının tikintisi yekunlaşır. 35 kV-luq "Pirsaat” yarımstansiyası tikilərək yenidən qurulub. Eyni zamanda Pirsaat kəndində 4,4 km məsafədə yeni 6 kV-luq hava xəttinin, 10.19 km məsafədə ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) kabel xəttinin çəkilməsi və 8 ədəd yeni komplekt transformator məntəqəsinin quraşdırılması prosesi yekunlaşıb. Hazırda Haçıqabul rayonunun Udulu kəndində yüksək gərginlikli 35 kV-luq Udulu hava xətti 1,2 km məsafədə yenidən çəkilir. Nəvahi kəndində isə orta gərginlikli 6 kV-luq Nəvahi hava xətti 13,5 km məsafədə yenidən qurulur. Bununla yanaşı Udulu kəndində nasos stansiyalarına 22 ədəd komplekt transformator məntəqəsinin quraşdırılması istiqamətində işlər davam etdirilir.
Sabirabad rayonunun Cavad kəndində isə 110/35/10 kV-luq "Cavad” yarımstansiyası tikilir. Bununla yanaşı Sabirabad rayonunun Beşdəli kəndində yeni komplekt transformator məntəqələri quraşdırılır. Həmçinin hal-hazırda Azadkənd, Beşdəli və Əlicanlı kəndlərində 0,4 kV-luq hava xətləri yenidən qurulurur. Artıq Əlicanlı kəndində 9,5 km məsafədə, Azadkənd kəndində 24,5 km məsafədə açıq naqillər ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) kabellə əvəz olunub.
Salyan rayonunun Dağüstü kəndində 6 kV-luq Düyəçilik hava xətti 5,3 km məsafə yenidən qurulub. Rayonun 20 yanvar qəsəbəsində 6 kV-luq Arbatan havva xəttinin dəmir yolu budaqlanmasında yenidənqurma işləri aparılır, artıq 3,8 km hissədə yenidənqurma işi başa çatıb. Bununla yanaşı rayonun Kürsəngi kəndində 900 m məsafədə, Qaraçala kəndində 18 km məsafədə açıq naqillər ÖİN kabellə ilə əvəz edilib.
Saatlı rayonununda isə hazırda Heydərabad-Əhmədbəyli və Dədə Qorqud kəndlərində 0,4 kV-luq hava xətlərinin yenidən qurulması işləri aparılır. Artıq Heydərabad-Əhmədbəyli kəndində 1,4 km, Dədə Qorqud kəndində 1,2 km məsafədə açıq naqillr ÖİN kabellə əvəz olunub.
Şirvan şəhərində isə Yeni Yaşayış Massivinin enerji təchizat sxemi layihələndirilərək, tikinti işlərinə başlanılıb, 1 km magistral ÖİN xətti çəkilib.