QİDA Təhlükəsizliyi Agentliyində YENİ mətbuat katibi - TƏYİNAT
Qida Təhlükəsizliyi Agentliyində Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsinə müdir təyin edilib. Modern.az xəbər verir ki, bu vəzifəyə jurnalistlərin də yaxşı tanıdığı Mansur Piriyev gətirilib. M.Piriyev bu təyinatadək “BakuBus” MMC-nin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışıb.