Bu dərmanlar zərərlidir - Nazirlikdən SOS SİQNALI

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) mənfi rəy alan Bioloji Fəallığa Malik Qida Əlavələrinin (BFMQƏ) siyahısında dəyişiklik edib.

AzerTaym.az -ın Mərkəzə istinadən xəbər verir ki, AEM daha 23 Bioloji Fəallığa Malik Qida Əlavəsinə mənfi rəy verib və onların adları siyahıya əlavə edilib.
Bundan əvvəl AEM 61 BFMQƏ-yə mənfi rəy verib. Mənfi rəy almış GABA FORT PLUS (örtüklü tablet, № 60), VERAZOL (şərbət, 100 ml №1), VERAZOL (tablet №28) və SİTOZİN FORTE (tablet No.20) üzə çıxan problemləri aradan qaldıraraq yenidən ekspertizaya təqdim olunub və onlara müsbət rəy verilib.
Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələr”in tələblərinə əsasən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Bioloji Fəallığa Malik Qida Əlavələrinin, tibbi və kosmetoloji ləvazimatların ekspertizasını həyata keçirir.
AEM mənfi rəy alan BFMQƏ-in adlarını vətəndaşların nəzərinə çatdırmaqla onları diqqətli olmağa çağırır və əhaliyə müraciət edərək bildirir ki, bundan sonra da daxil olan müraciətlərə ciddi nəzarət olunacaq, mənfi rəy alan Bioloji Fəallığa Malik Qida Əlavələrinin siyahısı yeniləyib mütəmadi olaraq yenilənəcək. Bunun üçün əhalidən aşağıdakı preparatlara rast gəldikləri təqdirdə AEM-in qaynar xətt xidmətinə ((+99412)596-07-12, (+99412)594-57-27, (+99412)594-57-37) məlumat vermələri xahiş olunur.
Mənfi rəy alan BFMQƏ-nin siyahısı isə aşağıdakı kimidir:
İSTEHSALÇI ŞİRKƏT VƏ PREPARATIN ADI
IOULIA AND IRENE TSETI Pharmaceutical Laboratories S.A. (d.t. INTERMED S.A.), Yunanıstan
1. EVA - MUKOSİS / EVA - MYCOSIS (vaginal şam №10)
Maximum Sağlık Ürünleri San Tic Ltd Şti, Türkiyə
2. EDOM (kapsul, №30)
3. OSTEOFORCE (sirop, 150 ml №1)
4. OSTEOFORCE (tablet, №30)
5. REV-500 (tablet, №40)
6. SAKURA (tablet, №60)
Fortex Nutraceuticals Ltd, Bolqarıstan
7. AZAVIT (kapsul, №30)
GH Yıldız İlaç ve Kozmetic San Tic Ltd Şti, Türkiyə
8. ASFOR (tablet, №30)
9. DETRIVI (damcı, 30 ml)
10. ESTİFER (kapsul, №60)
11. GİLBERA (şərbət, 150 ml)
12. LİBİMAKS (kapsul, №60)
13. OFTALGIN (steril məhlul, 50q)
14. ORGENZYME (kapsul, №30)
15. PROİNVİV (gel 50q)
16. VİTAZİM (kapsul N 20)
17. XONDROKOL / CHONDROCOL (kapsul N 30, 60)
Pharco Pharmaceuticals, Misir
18. NEFROHERB (kapsul №36)
Esensa, Serbiya
19. EXPULMO (şərbət, 150 q №1)
Gricar Chemical SRL, İtaliya
20. SEREBROVİN KİDS (şərbət150ml)
21. VENOLAST (tablet № 45)
Fitofarm Plus Doo, Makedonoya
22. GABAMIT (örtüklü tablet, №50)
23. GYNECREAM (krem 45 ml)
24. ZABOLEX (diş damcıları, 5 ml)
25. ANARECT (rektal suppozitoriya №10)
Antibiotice SA, Rumıniya
26. FLUXİV (örtüklü tablet №60)
Pharmex Rom İndustry, Rumıniya
27. BREYNAVİT (şərbət, 150 ml)
28. DEKASTOP (sirop, 100 ml)
29. MEDASED KIDS (oral məhlul, 150 ml)
30. NEUROVİN (kapsullar, №30)
Koç İlaç Ltd Şti, Türkiyə
31. DEMİKALSİN / DEMICALCIN (tablet, №30)
32. DEMİKALSİN / DEMICALCIN (şərbət, 200ml)
33. FERRIUS (damcı, 30 ml)
34. K- Elixir (damcı, 30 ml)
35. KIDAKTIVIT (şərbət, 120 ml)
36. L- Elixir (damcı, 30 ml)
37. SEDALİN FORTE (kapsul, №30)
38. SPEKTRUM PRENATAL (tablet, №30)
GRİDA QSC, Litva
39. EYFARİON (tab. No.30)
LOGUS PHARMA SRL, San-Marino
40. EKSTRAVENOZ (kapsul, №30)
S.İ.İ.T. SRL, İtaliya
41. FLOGAR C toz, 4 g №14
Argis İlaç San ve Tic Ltd Şti, Türkiyə
42. GLUKOFLEKS (saşe №30)
Argis İlaç San ve Tic Ltd Şti, Türkiyə
43. HARMA-L (damcı 30 ml)
Deva Ticaret, Türkiyə
44. HELON FORTE (həb N30)
45. LEOBİN-R (şərbət 100 ml)
46. OTAS (qulaq damcısı, 15 ml)
47. PELARGO (sirop, 100 ml)
PJSC Vitaminy, Ukrayna
48. İMPRATON (şərbət 130 q)
49. MEFANAR (şərbət 130 q)
Zeyus Gida Takviyeleri Karışım Ürünleri, Türkiyə
50. LEVİTON (kapsul, №30)
OFİ, İtaliya
51. NOCHE (damcı, 50 ml)
BİON Corporation Ltd, Hindistan
52. NONFLAT DROPS (damcı 30 ml)
Neutec İlaç San Tic A.Ş., Türkiyə
53.OSTEOFUL/CALCİMAX- D3 (fışıldayan tablet N 30)
Amriya Pharmaceutical İndustrial, Misir
54. PANCRİZİN (tablet №30)
Evrensel Kozmetik Sanayi ve Tic A.Ş., Türkiyə
55. SUDOREF (krem, 30q)
UNİCEM LABORATORİES LTD, Hindistan
56. UNIENZYME (tablet, №20)
Krasota i Zdorovye, Ukrayna
57. XAFİSAN (tablet, №30)
GRİCAR CHEMİCAL SRL, İtaliya
58. ALTHYM (şərbət 150ml, №1)
Pure Source İnc, ABŞ
59. BALANCED (tablet, № 50)
Botafarma Sağlık Ürünleri Tic. ve San. Ltd, Türkiyə
60. DESAN (oral məhlul, 10 ml)
Scigen, Avstraliya
61. ENERQAST (kapsul, 150 mq N60)
Bless Laboratories, Pakistan
62. NARİDON FORTE (kapsul, №20)
63. EREMEX (tablet, №10)
64. GLİCEVİT (tablet, №30)
Saşera-Med, Rusiya Federasiyası
65. EROCTIVE (kapsul, 500 mq N 10)
Vitabiotics, İngiltərə
66. Feroglobin B12 (oral məhlul, 200 ml)
Sofram Qida San., Türkiyə
67. FESTAL ÇİKOLATA (25 q)
Olimp Labs, Polşa
68. HEPAPLUS (kapsul, №30)
SKIN TECH PHARMA GROUP S.L, İspaniya
69. HYALİFT 3,5 (gel 5 ml flakonda №5)
Pure Source İnc, ABŞ
70. İMMUNOQLOBA (kapsul, № 30)
71. İMMUNOKOM (kapsul, № 30)
Complete-Pharma CO. LTD, Tailand
72. İNTESTAL (tablet, №30)
73. STRESONAT (tablet, №30)
GH Yıldız Ilac ve Kozmetik San. Tic. Ltd. Stı, Türkiyə
74. SEDALİN FORTE (kapsul, № 30)
Joker Gida Sanayi Uluslararası İç ve Dış Ticaret Ltd. Şti., Türkiyə
75. Multi Vitamin Kids (200ml şərbət)
S.C. Laboratoarele Medica S.R.L., Rumıniya
76. NEYROSETİN (şərbət, 100 ml)
AKSUVİTAL DOĞAL ÜRÜNLER GIDA SAN. VE TİC. A.Ş., Türkiyə
77. POWMAX (tablet, №30)
Maksimum İlaç, Türkiyə
78. Shooter Epimedium (tablet №10)
PHARMALIFE RESEARCH S.R.L, İtaliya
79. VİALOR (oral məhlul, 50 ml)
Berko İlaç ve Kimya San. A.Ş., Türkiyə
80. ZINCOMEGA (maye, birdəfəlik qaşıqda, 5ml, № 20)






Fikirlər